Icma.az
close
up
RU
Ölkənin güc sahibləri də Tofiq Yaqublunun ölümünü arzulamır

Ölkənin güc sahibləri də Tofiq Yaqublunun ölümünü arzulamır

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tofiq Yaqublu həbsxanada aclıq aksiyası edir. Tofiq bəyi şəxsən, yetəri qədər tanıyıram, onun sona qədər gedib ölümünə qədər dirənəcəyinə zərrə qədər şübhəm yoxdur.

Tofiq bəyin yolunu, mübarizəsini, şəxsiyyətini sevərsən, sevməzsən öz işindir.

Amma, ölümü bu cür qəbul edən şəxs ən yüksək ehtirama layiqdir.

Bugün isə, Tofiq bəyin ölümü heç kimə lazım deyil. Mən bunun olmasını qəti şəkildə arzulamıram.

Əminəm ki, ölkənin güc sahibləri də bunu arzulamırlar.

Azərbaycanın onsuz da çox balaca və tək qaldığı dünyada, içəridə siyasi məhbusun ölümüylə adının hallanması ölkəmiz üçün bərbad olar.

Dünya isə, artıq elə bir cəhənnəmdir ki, bu dünyada kiminsə Azərbaycanda həbsdə olması ya ölməsi zərrə qədər nəyəsə təsir etməyəcək.

Bizdən daha vacib, daha diqqət mərkəzində olan ölkələrdə belə, heç nə dəyişmir. Navalnını öldürdülər, nə dəyişdi?

Çox təəssüf ki, dünya demokratiyasının qurucusu ABŞ bugün ondan tam imtina edib; işğalçı gücə çevrilir, gündə bir ölkəni təhdid edir, müqayisədə avtoritar Çin, hətta işğalçı Rusiya belə daha ləyaqətli və mərd görünür.

Ümumiyyətlə, artıq demokratiya dövrü bütün dünyada bitir. Demokratiya 100 il boyunca yoxlanıldı, sınaqdan keçirildi və olmadı.

Alınmadı. İnsan təbiəti, genləri qəbul etmədi bunu. Və bugün ondan yavaş-yavaş imtina edir dünya gücləri.

Dünyanın ağaları yeni sistem qururlar. Bu sistemdə isə demokratiyaya yer yoxdur. Yeni imperiyalar əsri gəlir.

İdeologiyalar məzarlığında, kommunizmin ölümündən 35 il sonra, onun qatili olan liberal demokratiya uzanmağa hazırlaşır.

Bu reallıqda, vaxtilə kommunizm üçün ölənlər bugün kiminsə vecinə olmadığı kimi, bugün demokratiya üçün ölənlər də 10 il sonra ən yaxınları, ailəsi və sevənləri xaric, kiminsə vecinə olmayacaq.

Ümid edirəm, dostları, ailəsi və silahdaşları, Tofiq bəyə bu ölümün heç kimə heç nə qazandırmayacağını izah edə biləcəklər.

Ümid edirəm ki, tezliklə kompromis variantı tapılacaq və Tofiq bəy azadlığına qovuşacaq və  özü şəxsən çıxıb, dünyanın necə dəhşətli bir cəhənnəmə çevrildiyini, çox sevdiyi ABŞ-ın bütün maskalarını çıxararaq yırtıcı hegemon kimliyini ortaya qoyduğunu görə biləcək.

İlkin Rüstəmzadə

İctimai fəal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri