Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
FIFA Klub Dünya Çempionatında iştirak edəcək İtaliyanın "İnter" klubunun iranlı hücumçusu Mehdi Taremi İsrailin hücumları səbəbilə İran hava məkanının bağlanmasından sonra turnirə qatıla bilmir.
İtaliya təmsilçisi futbolçunun təhlükəsizliyi ilə bağlı narahatdır və onunla daima əlaqə saxlayır. Tareminin ABŞ-də keçiriləcək toplanışa qoşula bilməsi üçün bütün imkanlar səfərbər olunub.
Milli.Az xəbər verir ki, "La Gazzetta dello Sport" qəzetinin xəbərinə görə, 32 yaşlı ulduz futbolçu İsrailin hücumları fonunda İranda uçuşların dayandırılması səbəbilə ABŞ-yə uça bilməyib.
Bu isə onun FIFA Klub Dünya Çempionatında iştirakına ciddi əngəl yaradıb.
İnter rəhbərliyi Tareminin təhlükəsiz şəkildə komandaya qoşulması üçün ciddi səylər göstərir və hazırda bu məsələdə intensiv iş aparılır.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















