Ölkəyə bir neçə telefon gətirənlərin diqqətinə!
Icma.az bildirir, Axar.az portalına istinadən.
Təqvim ili ərzində Azərbaycana gətirilən iki və daha çox mobil telefona münasibətdə gömrük ödənişlərinin hesablanması qaydası bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilmiş son dəyişikliklərə əsasən, fiziki şəxs hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihazı müəyyən olunmuş dəyər həddində (800 ABŞ dollar ekvivalenti məbləğində) ölkə ərazisinə güzəştli qaydada (gömrük ödənişi ödəmədən) gətirə bilər. Bu Qaydaların 1 nömrəli əlavəsinə əsasən gömrük sərhədindən keçirilən mobil cihazlar yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməlidir. Təqvim ili ərzində bir ədəddən artıq mobil cihaz gətirildikdə isə, həmin cihazlar üçün gömrük rəsmiləşdirilməsi gömrük ödənişləri tam həcmdə ödənilməklə sadələşdirilmiş qaydada aparılır. Qeyd edək ki, malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir.
Mobil telefonun gömrük dəyəri fiziki şəxslərin səfərləri zamanı 800 ABŞ dollarından, poçt göndərişləri vasitəsilə sifariş edildikdə isə 300 ABŞ dollarından artıq olduqda, gömrük ödənişləri müəyyən edilmiş hədlər çıxılmaqla hesablanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Oktyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















