Ölkəyə gətirilən avtomobillərin təxminən yarısı hibriddir Kəskin ucuzlaşma var
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana 400,2 milyon dollar dəyərində 22 min 936 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 17,2% və ya 3 min 365 ədəd artıb.
Qeyd edək ki, bu ilin ilk 3 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 17 min 451 dollar (29 min 667 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 447 dollar (31 min 360 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% və ya 996 dollar (1 693 manat) azalıb.
Onu da qeyd edək ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı daha çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında xaricdən 3 min 615 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 3 ayında bu göstərici 3 dəfəyə yaxın artaraq 10 min 120 ədədə çatıb. İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri isə 19 min 758 dollar (32 min 588 manat) olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 32 min 637 dollar (55 min 484 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 39,5% və ya 12 min 879 dollar (21 min 894 manat) azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Ölkəyə gətirilən avtomobillərin sayı kəskin azaldı Səbəb nədir?
16 Sentyabr 2026 19:02
Ölkəyə gətirilən maşınların sayı kəskin azalıb
22 Oktyabr 2026 14:01
Ölkəyə gətirilən elektrikli avtomobillərin sayı azalıb
25 May 2026 14:00
Azərbaycana gətirilən avtomobillərin sayı kəskin AZALDI
18 May 2026 15:47
Ölkəyə gətirilən avtomobillərin sayı və qiyməti açıqlandı
17 İyul 2025 10:45
Baxış sayı:196
Bu xəbər 17 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















