Ölkəyə günəbaxan yağı yükü içində qanunsuz dərman keçirmək istədilər Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Mazımqara” gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə edildiyindən yükə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 000 ədəd dərman və tibbi vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















