Icma.az
close
up
RU
“Ölkəyə investisiyaların cəlb olunması prioritet məsələlərdən biridir“ DEPUTAT DANIŞDI

“Ölkəyə investisiyaların cəlb olunması prioritet məsələlərdən biridir“ DEPUTAT DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasına daimi böyük önəm verir. Bu prioritet ölkənin iqtisadi, siyasi və təhlükəsizlik potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi müxtəlif sahələri əhatə edir: iqtisadi, ticari, mədəni, turizm, ekologiya və digər sahələrdə əlaqələrin inkişafı həm milli iqtisadiyyat üçün əhəmiyyətlidir, həm də Azərbaycanın beynəlxalq aləmdə tanınmasına imkan yaradır:

“Son illərdə Azərbaycanın xarici ticarət əlaqələri xeyli möhkəmlənmişdir. Ölkəmiz bu gün 128 ölkəyə məhsul ixrac edir və 173 ölkədən idxal həyata keçirir. Xarici ticarət dövriyyəsinin ildən-ilə artması, xüsusilə faktiki qiymətlərlə 3,2% artım müşahidə olunması, iqtisadi dinamikanın möhkəmlənməsinə işarədir. Əsas ticarət tərəfdaşları arasında İtaliya, Türkiyə, Rusiya, Çin, Amerika Birləşmiş Ştatları və Almaniya yer alır. İdxal olunan məhsullar bazarda qiymətlərin sabit qalmasına və müəyyən qiymətlərin tənzimlənməsinə kömək edir.

Ölkəyə investisiyaların cəlb olunması prioritet məsələlərdən biridir və bu istiqamətdə dövlətin siyasəti, cənab İlham Əliyev tərəfindən daima diqqət mərkəzində saxlanılır. Son illərdə ölkəyə ümumi 300 milyard dollardan çox investisiya cəlb edilmişdir ki, bu da əvvəlki illərə nisbətən əhəmiyyətli artım deməkdir. Ticari və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların artırılması və regional layihələrin həyata keçirilməsi Azərbaycanın inkişafına, eyni zamanda beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Dövlət siyasətində ixrac olunan məhsulların keyfiyyətinin artırılması, xarici bazarlarda dəyərinin yüksəldilməsi və mühüm sahələrə investisiyaların yönləndirilməsi əsas istiqamətlərdəndir. Hökumətin həyata keçirdiyi tədbirlər artıq konkret nəticələrini göstərməkdədir.

Bütün bunlar həm ölkə iqtisadiyyatının inkişafına, həm də vətəndaşların rifah halının yaxşılaşmasına birbaşa töhfə verən cəhdlərdir. Dövlət beynəlxalq münasibətlərin prinsiplərini rəhbər tutaraq, qlobal reallıqları qiymətləndirir və xüsusilə regional əməkdaşlıq sahələrində ölkələrarası münasibətlərin inkişafına çalışır.

Əməkdaşlıq imkanlarının genişləndirilməsi və operativ tədbirlərin həyata keçirilməsi Azərbaycanın gələcək inkişafına hesablanmış strateji addımlar hesab olunur və bu yanaşma həm beynəlxalq səviyyədə, həm də yerli tədbirlərdə ölkənin mövqeyinin möhkəmlənməsinə dəstək verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see341

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see309

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see308

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see298

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see295

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see294

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see288

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see279

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see272

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see271

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see258

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see255

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see250

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see244

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see243

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see239

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see230

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri