“Ölmək istəyirəm” deyib hökuməti məhkəməyə verdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kanadalı aktrisa Kler Brosso uzun illərdir davam edən ruhi sağlamlıq problemlərini əsas gətirərək, Kanadanın tibbi yardımla ölüm proqramı ilə bağlı hökumətə qarşı məhkəmə iddiası qaldırıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa bu proqramdan yararlanmaq hüququnun ona da şamil edilməsini tələb edir.
Brosso bildirib ki, uşaqlıqdan bəri müxtəlif ruhi sağlamlıq çətinlikləri ilə mübarizə aparıb və uzunmüddətli müalicələrdən keçib. Onun sözlərinə görə, mövcud qanunvericilik ruhi sağlamlıq problemlərini əsas götürən şəxslərin bu proqrama müraciət etməsinə icazə vermədiyi üçün bu məsələni məhkəmə müstəvisinə çıxarmağa məcbur qalıb.
Kanada mediasında yer alan məlumatlara görə, aktrisa mövzu ilə bağlı “The New York Times” nəşrinə də açıqlama verərək, uzun illərdir davam edən psixoloji problemlərin həyat keyfiyyətinə ciddi təsir göstərdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, məhkəmə prosesi davam etdiyi müddətdə qanunvericilikdə mümkün dəyişikliklər baş verərsə, Brosso 2027-ci ildən etibarən proqramdan yararlana biləcək şəxslər siyahısına daxil edilə bilər.
Hazırda iş üzrə hüquqi proses davam edir və məsələ Kanadada ruhi sağlamlıqla bağlı hüquqların genişləndirilməsi mövzusunda ictimai müzakirələri yenidən gündəmə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 31 Dekabr 2025 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















