Icma.az
close
up
RU
Ölməmiş ayının dərisinin bölüşdürülməsi... Politoloq

Ölməmiş ayının dərisinin bölüşdürülməsi... Politoloq

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Kaya Kallas dekabrın 16-da yeni vəzifəsində Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin ilk toplantısını keçirib. 3 mövzu – Rusiya-Ukrayna müharibəsi, Gürcüstanda siyasi böhran və Suriyada hakimiyyət dəyişikliyi müzakirə olunub. Xarici işlər nazirləri Rusiyaya qarşı növbəti 15-ci sanksiya paketini qəbul ediblər.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, Avropa AB Fransa Prezidenti Emmanuel Makronun “müharibə bitəcəyi təqdirdə Ukraynaya Avropa müşahidə missiyasını göndərək” təklifini qəbul etməyib:

“Kaya Kallas bu məsələnin müzakirəsinin erkən olduğunu bildirib. Avropa Birliyi nümayəndəsi haqldır, müharibə bitməmiş Ukraynaya müşahidəçi missiyanın göndərilməsinin müzakirəsi ölməmiş ayının dərisinin bölüşdürülməsinə bənzəyir. Digər tərəfdən ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra müharibəni dayandırmağı planlaşdırır. Onun planında isə Avropa müşahidə missiyasının Ukraynada yerləşdirilməsi bəndi barədə məlumat yoxdur. Kaya Kallas Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının da geri çağrılması barədə düşünməlidir. Bu da Makronun ideyası idi, bölgəyə gərginlikdən başqa heç nə gətirmədi”.

Politoloq bildirib ki, Brüsseldə Gürcüstana qarşı sanksiyaların tətbiqi müzakirə olunsa da, yekdil qərar qəbul etmək mümkün olmayıb:

“Məsələ burasındadır ki, Avropa Birliyinin 27 ölkəsinin tamamı Gürcüstanla bağlı eyni fikirdə deyil, misal üçün Macarıstan və Slovakiya sanksiyaların əleyhinədir, hətta Lüksemburqun xarici işlər naziri Ksavye Bettel də Brüsseldəki çıxışında “Gürcüstan hökumətinin etirazçılara qarşı davranışını tənqid etməklə yanaşı, Gürcü Arzusu Partiyasının parlament seçkisində yaxşı nəticə göstərdiyinə görə cəzalandırılmasını doğru hesab etmirik” cümləsini işlədib. Beləliklə, Avropa Birliyi Gürcüstanla bağlı gözləmə mövqeyinə keçib. Görünür, anlayırlar ki, Gürcüstan hökumətinə qarşı sərt qərarlar, rəsmi Tiflisi Rusiyaya daha çox yaxınlaşdıra bilər”.

Şahinoğlu Avropa Birliyinin Əsəd rejiminin süqutunu dəstəkləsə də, Suriyada hakimiyyətə gələn qüvvələri tanımağa hazır olmadığını qeyd edib:

“Buna baxmayaraq, Kaya Kallas Dəməşqə avropalı diplomatlardan ibarət nümayəndə heyəti göndərməyə qərar verib. Brüssel nəbz yoxlaması həyata keçirir, “Heyət Təhrir əş- Şam” (HTŞ) ilə təmaslarda digər oyunçulardam geri qalmaq istəmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri