Ölülərə də yer qalmadı: Məzar yerləri 1500 manata satılır
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda məzar yerlərinin kommersiya obyektinə çevrilməsi və pulla satılması cəmiyyətdə ciddi narazılıq doğuran əsas məsələlərdən biridir.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə, eləcə də qonşu Türkiyə və Gürcüstanda dəfn prosesi tamamilə bələdiyyələrin öhdəliyinə verilib:
“Həmin ölkələrdə vətəndaşlara dəfn xidmətləri və məzar yerləri pulsuz təqdim olunur, qəbiristanlıqların idarə edilməsi və təmizliyi isə toplanan bələdiyyə vergiləri hesabına həyata keçirilir. Təəssüf ki, Azərbaycanda bələdiyyələrin bu sahədə yetərli səlahiyyətinin olmaması ciddi problemlər yaradır. Ölkəmizdə də bu təcrübənin tətbiqinə çoxdan ehtiyac var. Məzar yerlərinin satışı və kommersiya məqsədilə istifadəsi dərhal dayandırılmalıdır. Problemin həlli üçün xüsusi mexanizm formalaşdırılmalı, ya bələdiyyələrin səlahiyyətləri artırılaraq dəfn işləri onlara tapşırılmalı, ya da bu sahəyə nəzarət edən tam yeni və şəffaf idarəetmə sistemi tətbiq edilməlidir”. pizza sifarişi
Məsələyə münasibət bildirən ilahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə, dəfn yerləri ilə bağlı yaşanan problemlərin İslam dini ilə birbaşa əlaqəsi yoxdur və bu, sırf inzibati məsələdir:
“İstər bələdiyyələrin, istərsə də İcra Hakimiyyətinin balansında olan torpaqlar qəbiristanlıq idarəçiliyinə aiddir. İslam dinində qəbiristanlıq torpaqlarının dəfn üçün satılması icazəli deyil. Yalnız məcburiyyət qarşısında - yaxınlıqda heç bir dəfn yeri olmadıqda - insanların vəsait toplayaraq bir ərazini alıb qəbiristanlıq kimi istifadə etməsinə icazə verilir. Lakin fərdi şəkildə böyük məbləğlər ödəyərək məzar yeri almaq İslam tərəfindən kəskin tənqid olunur”.
İlahiyyatçı xüsusilə Bakı şəhərində bu problemin son 10-15 ildə kəskinləşməsinin əsas səbəbinin paytaxta olan güclü axınla bağlı olduğunu vurğulayıb:
“Əvvəllər vətəndaşlar rəhmətə gedən doğmalarını doğulduqları regionlara aparıb dəfn edərdilər. Son dövrlərdə isə bu yanaşma dəyişdi; insanlar tez-tez ziyarət edə bilsinlər deyə dəfni Bakıda həyata keçirməyə üstünlük verirlər. Bu da paytaxt qəbiristanlıqlarında ciddi yer qıtlığı yaradır. Yaranmış sıxlıqdan istifadə edən bəzi imkandan yararlanan şəxslər isə əvvəllər 50-100 manat olan məzar yerlərinin qiymətini 1500 manatadək qaldırıblar. Digər tərəfdən də insanlar dəbdəbəli və bəzəkli məzarların tikilməsi dini maarifsizlikdən qaynaqlanır. İnsanların bəzəkli qəbirlər götürməsi dinini dərindən bilməməsindən və “qonşudan geri qalmamaq” psixologiyasından irəli gəlir. Qurani-Kərimdə də insanların təkəbbürlənərək hətta qəbirlərin bədii tərtibatında və düzülüşündə bir-biri ilə yarışa girməsi qınanılır. Bu cür halların qarşısını almaq üçün cəmiyyətdə İslam maarifçiliyini daha geniş təbliğ etmək lazımdır”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















