Ölüm ayağında olan “Qarabağ”ın rəqibinin azarkeşinin son arzusu reallaşdırılacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Ayaks”ın cərimə səbəbi ilə azarkeşsiz keçirəcəyi qarşılaşmada bir azarkeş üçün istisna edilib.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın Futbol Kral Asosiasiyası ölümcül xəstə olan “Ayaks” azarkeşinin son vəsiyyətini yerinə yetirmək qərarına gəlib və həmin azarkeş tribunaya buraxılacaq.
Qeyd olunur ki, bu, ölüm ayağında olan azarkeşin son arzusudur.
Piter ağır xəstədir və onun yaşamasına çox az vaxt qalıb. O, sevimli “Ayaks” komandasının oyununu son dəfə canlı izləmək istəyib və məqsədlə Niderlandın ali futbol qurumuna müraciət edib.
Xatırladaq ki, “Ayaks”-“Qroningen” qarşılaşması fanatların pirotexnika şousu səbəbindən dayandırılıb, daha sonra isə ümumiyyətlə ləğv edilib.
Daha sonra, oyunun dekabrın 2-də tamaşaçıların iştirakı olmadan keçirilməsi qərara alınıb.
Qeyd edək ki, “Ayaks” “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















