Ölüm cəzası ilə üzləşən fransızlar ölkəsinə qayıda biləcəkmi?
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, mühakimə olunanlar 2025-ci ildə Suriyadan İraqa gətirilən 47 Fransa vətəndaşından ibarət birinci qrupun tərkibində olublar. Onların arasında milli Bastiliya günündə Fransanın Nis şəhərində 86 nəfərin ölümü ilə nəticələnmiş terror aktı həyata keçirmiş Adrien Guihal də var.
Fransalı vəkillər İraqda ölüm cəzası ilə üzləşə biləcək vətəndaşların təcili şəkildə Fransaya qaytarılmasını tələb ediblər. Onlar məhkəmə proseslərinin şəffaflığının təmin edilmədiyini və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının məhdudlaşdırıldığını bildiriblər.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən Suriyadan İraqa 60-a yaxın ölkənin İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 5700-dən çox vətəndaşı köçürülüb. İraq Ali Məhkəmə Şurasının məlumatına görə, onların ilkin istintaqı başa çatdırılıb və işlərin növbəti məhkəmə mərhələsinə keçirilməsinə başlanılıb.(Publika.az)
Baxış sayı:103
Bu xəbər 20 Sentyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















