Icma.az
close
up
RU
Ölüm halları niyə daha çox bölgə xəstəxanalarında BAŞ VERİR?

Ölüm halları niyə daha çox bölgə xəstəxanalarında BAŞ VERİR?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar bölgə xəstəxanalarında ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Hər dəfə region xəstəxanalarından ölüm xəbərlərinin gəlməsi ictimaiyyətdə qorxu yaradıb. Çox hallarda ən ağır xəstələr belə sağalmaları üçün Bakıya göndərilir. Demək ki, rayon xəstəxanalarında ya yetəri qədər kadr, ya tibbi avadanlıq yoxdur. Ya da tibb personalı xəstələrinə qarşı səhlənkardır.
İstənilən halda sözügedən məsələdə əsl səbəbi ortaya çıxarmaq müşkül məsələdir. Amma rəsmi qurumlar hər dəfə bu məsələ aktuallaşanda, günahı xəstə sahibində görürlər. Dediklərinə görə insanlar vaxtı-vaxtında həkim yoxlanışından keçmir, ya da iş-işdən keçəndən sonra həkimə üz tuturlar.
Bəs qəfil baş verən hadisələrdə həkimlər niyə xəstənin həyatını xilas edə bilmirlər? 
Məsələn, Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb. Halı pisləşən uşağı əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına aparıblar. Uşağın vəziyyəti daha da pisləşdiyindən o, Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. 26.01.2025-ci il tarixində saat 17:50 radələrində xəstəxanaya yerləşdirilən azyaşlı 27.01.2025-ci il tarixində saat 12:50 radələrində həyatını itirib. Demək ki, iki xəstəxanada 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Bu, sadəcə bir nümunədir və mediada gedən xəbərlərə istinad edərək siyahını uzada da bilərik...
Bəs, region xəstəxanalarında ölüm halları niyə artıb? Səbəb nədir?

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən illərlə müqayisədə bölgələrdə yerləşən tibb müəssisələrində ölüm hallarının artımı deyil, əksinə, azalması müşahidə olunur. (Azalma ilə bağlı TƏBİB-dən rəsmi statistikanı istəsək də, qurum nala-mıxa vuraraq, rəqəmləri açıqlamayıb. Ənənəvi olaraq yenə Səhiyyə Nazirliyinə yönləndirib) Ümumilikdə isə TƏBİB tabeli tibb müəssisələrində baş vermiş ölüm halları müəssisədə yaradılmış Tibbi Şura tərəfindən və zərurət yarandığı təqdirdə isə TƏBİB-in müvafiq komissiyalarında araşdırılır”.

Qurumdan bölgə xəstəxanalarında görülən tədbirlər barədə də açıqlama verilib:

 “TƏBİB tabeli tibb müəssisələrində təcili və planlı müraciət edən vətəndaşlara zəruri tibbi xidmətlər göstərilir, ehtiyac olduğu təqdirdə vətəndaşlar ətraf bölgələrdə və ya Bakı şəhərində yerləşən tibb müəssisələrinə, həmçinin, özəl tibb müəssisələrinə tibbi göndərişlə təmin olunurlar. Təcili təxirəsalınmaz hallarda zərurət yarandığı təqdirdə təcili tibbi yardım briqadaları vasitəsilə vətəndaşların təxliyəsi həyata keçirilir. Təxliyəsi mümkün olmayan hallarda Bakı şəhərində yerləşən müəssisələrdən və ya müraciətin daxil olduğu müəssisəyə yaxın rayonlardan konsultant mütəxəssislər vətəndaşa tibbi xidmət göstərilməsi üçün ezam olunurlar. Bu baxımdan kadr çatışmazlığı olan müəssisələrdə belə xidmətin təşkili təmin edilir”.

Məlumatda bildirilib ki,  davamlı olaraq  ixtisaslı həkim mütəxəssislərin fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. 

 “Eyni zamanda TƏBİB tabeli tibb müəssisələrində daim xidmət səviyyəsinin artırılması istiqamətində işlər aparılır, yeni şöbələr, mərkəzlər yaradılır (uroloji, kardioloji, travmatoloji, hemodializ və s.) avadanlıqlarla təmin olunur və istismar müddəti başa çatmış avadanlıqlar yeniləri ilə əvəz olunurlar.  TƏBİB yarandığı gündən etibarən daim tibbi xidmətin keyfiyyətinin, əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Həkim mütəxəssislərin tabeli tibb müəssisələrinə cəlb olunması, vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsi və tibb personalının müasir avadanlıqlar vasitəsilə tibbi xidmət göstərməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək”.
Sonda ölüm səbəblərindən də bəhs edilib:
“Ölüm səbəblərinə gəldikdə isə, burada müxtəlif səbəblər izlənilir. Dünyada və o cümlədən, Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Tibb müəssisələrində ölüm hallarının əksəriyyəti ağırlaşmış halda müalicəyə cəlb olunan xəstələrdə qeydə alınır. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri