Ölüm içkisi ni restoranda istehsal edib satırlarmış Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin İstanbul şəhərində son 3 gündə saxta spirt səbəbiylə xəstəxanalara müraciət edən 66 nəfərdən 23-ü həyatını itirib.
Dəhşətli hadisədən sonra Başakşehirdə saxta spirtli içki istehsal edərək satan iş yeri bağlanıb və iki şübhəli saxlanılaraq həbs edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, polislər rayonda restoran olaraq fəaliyyət göstərən müəssisənin əslində saxta spirtli içki istehsal etdiyini öyrənib və hərəkətə keçib.
Həmin ünvanda keçirilən reyd zamanı saxta spirtli içkilərin istehsalı və satışı ilə yanaşı, biznesin daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsinin də baş verdiyi müəyyən edilib.
Saxlanılan iki şübhəlinin müəssisədə və ünvanlarında aparılan axtarışlar zamanı 15 litr qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içki, 35 litr satışa hazır saxta spirtli içki, 36 ədəd narkotik həb və müxtəlif növ narkotik vasitələr ələ keçirilib.
Məlum olub ki, sözügedən müəssisə "Türkmən restoranı" kimi tanınırmış. Müəssisə restoran kimi fəaliyyət göstərirmiş və müştərilərin əksəriyyəti xarici ölkə vətəndaşları olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















