Ölüm onlar üçün son deyil: Gələcəkdə dirilmək üçün bədənlərini dondururlar
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölümdən sonra yenidən həyata qayıtmaq ümidi ilə insanlar bədənlərini yüz minlərlə dollar qarşılığında kriogen üsulla dondurtdururlar.
Turkustan.az xəbər verir ki, bu barədə “ The Guardian” məlumat yayıb.
Bildirilib ki, Avstraliyada yerləşən “Southern Cryonics” müəssisəsində hazırda yeddi “pasiyent” nəhəng polad çənlərdə, -196 dərəcə temperaturda maye azotun içində saxlanılır. Müəssisə Cənub yarımkürəsində bu sahədə fəaliyyət göstərən ilk və yeganə kriogenik dondurma mərkəzidir.
Kriogenik proses ölümündən dərhal sonra başlayır. Bədənin hüceyrələrinin parçalanmasının qarşısını almaq üçün təxminən səkkiz saat davam edən “vitrifikasiya” prosesində antifrizə bənzər qoruyucu maddələrdən istifadə edilir. Daha sonra bədən maye azotla doldurulmuş çənlərə yerləşdirilir.
Bədənlərin çənlərdə başıaşağı saxlanılmasının məqsədi isə həm yerdən səmərəli istifadə etmək, həm də maye azotun bədəni tam əhatə etməsini təmin etməkdir.
Kriogenik dondurmanın qiyməti isə olduqca yüksəkdir. İlkin stabilizasiya təxminən 60 min dollar, müddətsiz saxlama isə əlavə 150 min dollar təşkil edir. Bundan başqa, illik 350 dollarlıq üzvlük haqqı ödənilir. Bədənin çənlərdə saxlanılmasının illik xərci isə təxminən 5 500 dollardır.
Mütəxəssislərin isə bu üsulla bağlı ciddi şübhələri var. RMIT Universitetinin kriyopreservasiya üzrə mütəxəssisi Saffron Bryant bildirir ki, hazırkı elm bütöv insan bədənini bu şəkildə qorumağa imkan vermir. Hüceyrə və embrionların dondurulması mümkün olsa da, qoruyucu maddələrin bütün bədənə çatdırılması ciddi problemdir və proses fiziki zədələnmələrə səbəb ola bilər.
Ekspertlər həmçinin bildirirlər ki, insanın ölümünə səbəb olan xəstəliyin dondurulmaqla aradan qalxması mümkün deyil. Bundan əlavə, bədəni yenidən fəaliyyətə gətirmək ilə insan şüurunu bərpa etmək tamamilə fərqli problemlərdir.
Müəssisənin rəhbəri Filip Rhoades isə yaxşı qorunmuş bədənin 2080-ci illərdə yenidən həyata qaytarılmasının mümkün ola biləcəyini düşünür./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















