Icma.az
close
up
RU
Ölüm saçan virus İsrailə çatdı: İlk xəstə tapıldı

Ölüm saçan virus İsrailə çatdı: İlk xəstə tapıldı

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsraildə ilk dəfə hantavirus infeksiyasına yoluxma halı qeydə alınıb. “Yeni Sabah” xəbər verir ki, bu barədə “Maariv” nəşri məlumat yayıb. Bildirilir ki, xəstənin bir neçə ay əvvəl Şərqi Avropaya səfəri zamanı virusa yoluxduğu ehtimal olunur. Şəxs xəstəliyin simptomları ortaya çıxdıqdan sonra həkimə müraciət edib.

Məlumata görə, xəstənin yaşadığı yer və müalicə olunduğu tibb müəssisəsinin adı hələ açıqlanmır. Pasiyentdə əvvəlcə hantavirusa qarşı anticisim testi aparılıb və virusla təmas təsdiqlənib. Daha sonra PCR testi ilə virusun genetik materialı aşkarlanaraq diaqnoz dəqiqləşdirilib.

Hazırda xəstənin vəziyyətinin stabil olduğu, reanimasiyaya ehtiyac duymadığı və həkim nəzarətində saxlanıldığı bildirilir. Mütəxəssislər bildirirlər ki, İsraildə aşkarlanan virus Avropa mənşəli ştamdır. Bu ştam hazırda “MV Hondius” kruiz gəmisində yayılan və daha təhlükəli hesab edilən Andes ştamından fərqlənir.

Son məlumatlara görə, Andes ştamı ilə əlaqəli epidemiya nəticəsində kruiz gəmisində üç nəfər – hollandiyalı cütlük və Almaniya vətəndaşı həyatını itirib. Ümumilikdə səkkiz təsdiqlənmiş və ya şübhəli yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virusun geniş yayılma riski aşağıdır və onun gündəlik təmas yolu ilə yayılmasına dair sübut yoxdur. /yenisabah.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 May 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri