Icma.az
close
up
RU
Ölümcül göbələk xəstəliyi sürətlə yayılır Orqanları içdən çürüdür

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır Orqanları içdən çürüdür

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır.

Milli.Az xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif olan insanlarda (məsələn, xərçəng xəstələri, astma xəstələri, VİÇS-lilər) ciddi ağciyər infeksiyasına, orqanların sıradan çıxmasına və hətta ölümə səbəb ola bilər.

Bu göbələk havada çox kiçik hissəciklər şəklində yayılır və insan onları nəfəs aldıqda qəbul edir, amma bunu hiss etmir. ABŞ-də xüsusilə isti və rütubətli iqlimə malik Florida, Luiziana, Texas, Georgia və Kaliforniyada daha çox yayılıb. Böyük şəhərlərdə (New York, Houston, Los Angeles) isə sıxlıq və köhnə infrastruktur problemləri əlavə risk yaradır.

Aspergillus göbələyi həmçinin aflatoksin adlı çox zəhərli maddə ifraz edir ki, bu da ağciyər, qaraciyər, mədə, böyrək və digər orqanlarda xərçəng və xəstəliklər yarada bilər.

Yüz minlərlə insanların həyatı təhlükə altındadır, çünki xəstəlik ABŞ-dərəsmi şəkildə izlənmir və statistikası tam bilinmir. Bu səbəbdən infeksiya və ölümlərin həqiqi sayı tam bilinmir.

İstilərin artması və iqlim dəyişikliyi göbələyi daha güclü edir, onun yayılmasını artırır. Həmçinin, göbələklərə qarşı dərmanların çox istifadə olunması onların dərmanlara qarşı müqavimət göstərməsinə səbəb olur, bu da müalicəni çətinləşdirir.

Mütəxəssislər immuniteti zəif olanların torpaq və nəm yerlərdən uzaq durmasını, tozlu yerlərdə maska taxmasını və xəstəxanalarda göbələk nəzarətinin gücləndirilməsini tövsiyə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı bu göbələyi "kritik prioritetli təhlükə" kimi qiymətləndirir və dərman sənayesini yeni, daha təhlükəsiz antifunqal dərmanlar hazırlamağa çağırır.

Bu, elmi fantastika deyil, gerçək bir təhlükədir və hazırda bununla mübarizəyə tam hazır deyilik.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyun 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri