Icma.az
close
up
RU
Ölümcül virusların saxlandığı yüzlərlə flakon yoxa çıxıb

Ölümcül virusların saxlandığı yüzlərlə flakon yoxa çıxıb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avstraliyanın Kvinslend ştatında ictimai səhiyyə laboratoriyasından Hendra, Lyssavirus və Hantavirusa aid 323 flakon ölümcül virus yoxa çıxıb. Xalq Sağlamlığı Virusologiya Laboratoriyasından yoxa çıxan virus nümunələrini tapmaq mümkün olmayıb.

Bizimyol.info xəbər verir ki, Queensland Səhiyyə Naziri Tim Nicholls hadisəni "bioloji təhlükəsizlik protokolunun ciddi şəkildə pozulması" adlandırıb və tam araşdırma elan edib.

Təhqiqata Ali Məhkəmənin təqaüdçü hakimi Martin Daubney rəhbərlik edəcək. Bundan əlavə, əvvəllər Virusların İdentifikasiyası Laboratoriyasının rəhbəri olmuş Julian Druce birgə müstəntiq təyin edilib.

Nazirlik oxşar hadisənin təkrarlanmaması üçün tədbirlər gördüyünü açıqlayıb. Bu tədbirlərə kadr hazırlığı, laboratoriya prosedurlarının nəzərdən keçirilməsi və icazələrin yoxlanılması daxildir. Səlahiyyətlilər materialların düzgün saxlanmasını və tam qeyd olunmasını təmin etmək üçün laboratoriya işçilərinin yoxlamalarını artıracaq.

Queensland Baş Səhiyyə Mütəxəssisi Con Gerrard, itən virus nümunələrinin ictimaiyyət üçün minimal risk yaratdığını söylədi. Dr. Gerard: “Aşağı temperaturlu dondurucudan kənarda saxlanılan virus nümunələri tez xarab olur və yoluxucu xüsusiyyətlərini itirir”, - deyə bildirib. O, itən nümunələrin çox güman ki, adi laboratoriya proseduru olan avtoklavla məhv edildiyini, lakin bu prosesin qeydə alınmadığını vurğulayıb.

Dr. Gerrard, son beş ildə Kvinslenddə Hendra və ya Lyssavirus infeksiyasının olmadığını və Hantavirusun Avstraliyada heç vaxt insanlarda görülmədiyini söyləyib.

Gerrardın açıqlaması ictimai narahatlığı aradan qaldırmaq üçün arxayınlıq kimi təqdim edilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri