Icma.az
close
up
RU
Ölümdən dönən futbolçu: Kor qala bilərdim

Ölümdən dönən futbolçu: Kor qala bilərdim

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Görüşün 65-ci dəqiqəsində "Şahdağ Qusar" klubunun futbolçusu ilə hava mübarizəsində üzüm rəqibin başının arxa hissəsinə dəydi, ağır zədə aldım.

Bu sözləri News24.az-a açıqlamasında Azərbaycan 2-ci Liqasının 12-ci turunda "Sahdağ" səfərində zədələnən "Şəfa" klubunun müdafiəçisi Gülalı Mehrəliyev deyib. 

O qeyd edib ki, 30-40 saniyə ərzində nələrin baş verdiyindən xəbəri olmayıb.

"İkili mübarizə idi, rəqiblə toqquşub, huşumu itirdim, gözüm qaraldı. Heç nə görmürdüm, ancaq səslər eşidirdim. Bir müddət sonra başa düşdüm ki, ağır zədə almışam. Burnumdan açılan qan dayanmırdı, məni Şamaxı xəstəxanasına apardılar, daha sonra Bakıya gətirdilər. Bakıda muayinə olunandan sonra məlum oldu ki, almacıq sümüyüm 3 yerdən qırılıb. Klub rəhbəriyinə çox təşəkkür edirəm, əməliyyat üçün hər bir şeyi etdilər, xaricdən 2 implant gətirildi, biri almacıq sümüyü üçün, biri də beyinlə çənənin birləşdiyi sümüyə qoyuldu", - deyə o əlavə edib.  

G.Mehrəliyev həmin günü ad gününü kimi qeyd edəcəkmiş: 

"Həmin gün ölümdən döndüm, beyinə qan sıza  bilərdi, digər halda sağ gözüm kor ola bilərdi. Şükürlər olsun ki, bu cur zədə ilə Allah məni qorudu. 9 dekabr tarixi mənim ikinci ad günümdür, 28-i doğum günümdür" (gülür).

Futbolçu yaşıl meydanlara dönəcəyi vaxtı da açıqlayıb: 

"Bir ay ərzində, ümumiyyətlə, məşq etmək olmaz. Bir aydan sonra hər şey qaydasında olarsa, həkim nəzarətində fərdi məşqlərə başlayacağam. Ancaq yaşıl meydanlara dönəndə üzümdə hökmən qoruyucu maska olmalıdır".

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri