“Ölümə də tələsdin...” Xuraman Şuşalı Könül Vəlibəyli ilə bağlı paylaşım etdi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gecə Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin tanınmış dostları onun vəfatı ilə bağlı paylaşım ediblər.
Bakupost.az xəbər verir ki, müğənni Xuraman Şuşalı paylaşımında Könül Vəlibəyli ilə dost olduqlarını, milli geyimlərini hər zaman onun hazırladığını bildirib.
“Özün getdin, ancaq etdiyin yaxşılıqlar qaldı. Mələk kimi hər kəsə yaxşılıq edən Könülüm... Könül heç evdə tapılmırdı, bütün gün xaricdə olurdu. Yerin cənnət olsun. Sən axı heç evdə olmurdun, səfərlərdə olardın. Əcəl necə gəlib səni tapdı... Həmişə tələsirdin, ölümə də tələsdin... Axı mənim ən gözəl milli geyimlərim sənin idi”, - müğənni qeyd edib.
Aparıcı Saleh Bağırov isə K.Vəlibəyli ilə dünən günorta saatlarında görüşdüyünü yazıb: “Dəhşətlər içindəyəm. Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi. Milli geyimlərimizin inkişafı üçün çox işlər gördü. Ayın 25-də Türkiyəyə səfərə hazırlaşdığını və 2026-cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki kimi pozitiv ayrıldıq. Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan. Sən nə qəribə və dəhşətsən, ey dünya. Ruhun şad olsun, istedadlı, gözəl, təmənnasız böyük ürəkli dostum...”


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















