Icma.az
close
up
RU
Ölümə səbəb olan qaziyə 6 il iş kəsildi Cəzasını 2038 dən sonra çəkəcək

Ölümə səbəb olan qaziyə 6 il iş kəsildi Cəzasını 2038 dən sonra çəkəcək

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göygöl şəhəri, Azay Kazımov küçəsində ölümlə nəticələnən qəza törədən şəxs məsuliyyətə cəlb edilib. Onun daha əvvəl də cinayət əməli törətdiyi, həmçinin sürücülük vəsiqəsi olmadığı məlum olub.

Avtosfer.az xəbər verir ki, 33 yaşlı Eşqin Bayramov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirərək piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Araşdırma zamanı məlum olub ki, Eşqin Bayramov hadisə yerindən qaçıb. Lakin təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığını, piyadanı özünün xəstəxanaya çatdırdığını bildirib.

İstintaq zamanı müəyyən edilib ki, Eşqinin sürücülük vəsiqəsinin müddəti 2020-ci ildə bitibmiş. İdarə etdiyi avtomobil özünə məxsus olub.

Məhkəmə araşdırması zamanı Eşqinin daha əvvəl qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq maddələri ilə təqsirləndirilərək məhkum olunduğu məlum olub.

Eşqin boşandığı və himayəsində azyaşlı övladı olduğu üçün onun barəsindəki hökmün icrası təxirə salınıb. Belə ki, onun uşağı 14 yaşına çatandan sonra hökm icra ediləcək. Həmin cinayət əməlinə görə onun barəsində 3 il 6 ay cəza təyin edilib.

Törətdiyi qəzaya görə də məsuliyyətə cəlb edilən Eşqinə daha əvvəlki cəzası ilə indiki cəzası birləşdirilməklə cəmi 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası 2038-ci ilədək təxirə salınıb.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi iştirakçısı olan Eşqin qəza zamanı dünyasını dəyişən piyadanın ailəsi ilə barışıq əldə edib.(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri