Icma.az
close
up
RU
Ölümlə şantaj olunan kouç Hər keçən gün işimizə baxılacağı ümidi ilə susuruq

Ölümlə şantaj olunan kouç Hər keçən gün işimizə baxılacağı ümidi ilə susuruq

Icma.az bildirir, Medicina portalına istinadən.


“Mən bu müqəddəs gündə əlimi Allaha açmışam. Mən bir qansız insanın mənə etdiklərini sənə həvalə edirəm, Allahım. Mənə vurduğu maddi və mənəvi zərərlər azmış kimi, atdığı şərlər artıq ürəyimi parçalayır. Bu qədər yükü bir qəlb necə daşısın?”

Medicina.az Bakupost.az -a istinadən xəbər verir ki, bu sözləri “Azerina” adı ilə tanınan psixoloq və “life coach” Əfsanə Qasımlı “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onun külli miqdarda pulunu mənimsədiyini iddia etdiyi hadisə ilə bağlı danışarkən bildirib.

“Mən gənc bir qız olaraq bu qədər maddi zərərin, bu qədər şantajın, hətta ölümlə təhdidin içindəyəm. Ortada milyonlarla aldadılmış vəsaitin olduğu bir cinayət işi var. “Ev alıram”, “iş qururam” adı ilə mənimsənilən pullar var. Birinə “Port Baku-da ev alıram” deyərək onu aldadıb, digərinin pulunu isə iş qurmaq adı ilə mənimsəyib. Amma 1000 manatla bağlı cinayət işi açıldığı halda belə, məni ölümlə şantaj edən şəxs hələ də sərbəst şəkildə gəzir. Hər gün mənə şər atır, həyatımı zəhərə çevirir. Niyə, Allahım, niyə? Niyə hələ də susulur?

İnanın ki, mən səsimi çox yüksək səviyyəyə çatdıra bilərəm, sadəcə bir günə. Amma hələ susuram. Hər keçən gün işimizə baxılacağı ümidi ilə susuruq. Biz ədalətə inanırıq.

Susuram, amma bu susqunluq acizlik deyil. Mən susuram, çünki sənə inanıram, Allahım. Sən görürsən, sən bilirsən. Mənim az yaşımı da, gecələr qorxu ilə döyünən ürəyimi də sən bilirsən. Ölümlə şantaj olunuram, şərlənirəm, aldadılıram. Amma yenə də inanıram ki, sənin ədalətin var. Quranda buyurulur: “Şübhəsiz ki, Allah zalımları sevməz” (Ali-İmran, 57). Mən buna sığınıram.

Allahım, nə olar, sən susma. İnanın, bu insanların hamısı susurdu, hamısı qorxurdu. Amma siz bilin ki, mən oyandıqdan sonra nə qədər insan öz halal pulunun arxasınca getməyə başladı. Mənim ahımı yerdə qoyma, Allahım. Ədalətini göstər. Haqqımı Özün qoru. Məni bu zülmün içində tək buraxma”.

medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri