Icma.az
close
up
RU
Ölümlər NİYƏ CAVANLAŞIB? İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil

Ölümlər NİYƏ CAVANLAŞIB? İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər cəmiyyətdə ürək çatışmazlığından ölüm halları artıb. Əvvəllər gənc birinin ölümü təəccüblə qarşılanırdısa, indi bu situasiyaya öyrəşmişik, artıq ölümlər "cavanlaşıb".

Səhiyyə Nazirliyinin hələ 2022-ci il üzrə olan statistikasına görə, Azərbaycanda qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bəs maraqlıdır, yaş fərqi olmadan kardioloji xəstəliklərin artmasının səbəbləri nədir? Yaxın beş-on il ərzində yoluxduğumuz viruslar orqanizmimizi sıradan çıxarıb, yoxsa səbəblər başqadır?

Oxu.Az mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ürək xəstəliklərinin artması erkən yaşdan mübadilə pozuntularının olması ilə bağlıdır:

"Çox təəssüflər olsun ki, günümüzdə qidalanma formamız əksər şəxslərdə erkən yaşlarda ürək damarlarının xolesterinlə tutulması ilə nəticələnir. Nəticədə damarlar daralır və arterial təzyiq yaranır. Arterial təzyiqin artması isə ürəkdə infarkta səbəb olur. Bu gün yoxlama aparsaq, 50 yaşdan aşağı kişilərin əksəriyyətində ürəkdə stent və başqa əməliyyatlar keçirmə halları ilə rastlaşarıq. 30-40 il əvvəl isə belə deyildi. Bu isə ciddi narahatlıq doğurur.

Artıq insanlar çox qida qəbul edirlər, az hərəkət edirlər. Daxil olan kalori bədəndə depolanır. Sonda isə maddələr mübadiləsi pozulur. Siqaret çəkmək, ifrat həddə spirtli içki qəbul etmək, çoxlu karbohidrat istehlak etmək ürək xəstəliklərinin əsasında dayanan faktorlardır. Qlobal bir səbəb isə stresdir. Mobil telefonlar insanların sosiallaşmasının qarşısını aldı, insanlar sanki sosiallaşmadan izolyasiya olunublar. İnsanlar artıq qonaq getmirlər, ünsiyyətdən qaçırlar. Bu da daxildə mənfi enerjinin toplanmasına şərait yaradır, sonda ürək xəstəlikləri formalaşır".

Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayının həmsədri Ülvi Mirzoyev Oxu.Az-a açıqlamasında qeyd edib ki, infarkt hallarının artması və bu xəstəlik nəticəsində ölüm yaşının azalması tək bir faktorla izah edilə bilməz, bunun arxasında kompleks amillər dayanır:

"Bir tərəfdən, COVID-19 və digər virus infeksiyaları damar divarına zərər verərək iltihablı proseslərə səbəb ola bilər. Bu da aterosklerotik piləklərin destabilizasiyasını sürətləndirərək infarkt riskini artırır. Xüsusilə COVID-19 xəstəliyinin damarlarda tromboz yaratma potensialı elmi araşdırmalarda təsdiqlənib.

Digər tərəfdən, həyat tərzi ilə bağlı risk faktorlarının artması da nəzərə çarpır. Sedentar (oturaq - red.) həyat tərzi, qeyri-sağlam qidalanma, yüksək duz və transyağ tərkibli qidalar, şəkərli diabet, arterial hipertenziya və piylənmə kimi risk faktorları infarkt təhlükəsini artıran əsas səbəblər arasındadır".

Ü.Mirzoyev əlavə edib ki, stres və psixososial faktorlar da unudulmamalıdır:

"Müasir dövrdə xroniki stres və psixoloji gərginlik damar divarında mənfi dəyişikliklərə səbəb ola bilər.

Bununla yanaşı, gənc yaşlarda infarkt hallarının artmasının səbəblərindən biri də genetik faktorlar və ailəvi hiperkolesterinemiya ola bilər. Bəzi hallarda fərdlər genetik olaraq yüksək xolesterin səviyyəsinə malik olurlar ki, bu da damar tıxanıqlığına şərait yaradır.

Profilaktik tədbirlərə gəldikdə isə risk faktorlarının erkən aşkar edilməsi, sağlam həyat tərzi dəyişiklikləri, düzgün qidalanma və müntəzəm fiziki aktivlik infarktın qarşısını almaqda əsas rol oynayır. Eyni zamanda, hipertoniya və dislipidemiya kimi risk faktorlarının vaxtında müalicəsi də vacibdir.

Son nəticə olaraq, infarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil. Kompleks yanaşma tələb olunur: sağlam həyat tərzi, risk faktorlarının nəzarəti və ictimai maarifləndirmə bu problemin həllində əsas rol oynayır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri