Icma.az
close
up
RU
Ölümsüzlüyə qovuşan qəhrəman ŞƏRH

Ölümsüzlüyə qovuşan qəhrəman ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şahnur Şahin oğlu Hüseynov həyatı dərk edən gündən ürəyini Vətəninə bağlayır və ömrünün mənasını xalqına, el-obasına təmənnasız xidmətdə görür. Onun adını tarixə yazan da getdiyi bu işıqlı yol, torpaq uğrunda canından-qanından keçməyi oldu. Yeniyetmə Şahnuru erməni qəsbkarlarının Qarabağ torpaqlarına təcavüzü, Azərbaycana qarşı etdikləri ədalətsiz müharibə bir an belə rahat buraxmır. Vətən oğlunun sevdalandığı gözəl, nəcib əməllər olsa da, Qarabağ özü boyda dərd kimi ürəyinə yüklənir. Nəyin bahasına olursa-olsun, müqəddəs Vətən torpağının hər qarışının azadlığı naminə silaha sarılıb döyüş meydanında düşməni məhv etməyin məqamını gözləyir...

Ş.Hüseynov H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib, Vətənin müdafiəsinə qalxır. Beləcə, Şahnurun hərbi həyatı başlanır. Ləyaqətlə doğma Azərbaycanın şərəfini qoruyur. Kapitan rütbəsinə qədər yüksəlir və uğurlu xidmətinə görə tabor komandiri təyin edilir. Bacarıqlı hərbçi, gözəl insan, vətənpərvər bir şəxs kimi tanınır, əsgərlər, zabitlər ona ürəkdən inanırlar. Ağır günlərdə Vətənə sipər olan igid komandir düşmənin hiyləsindən, bəd niyyətindən əsgərlərini məharətlə qoruyur.
Şahnurun torpaq sevgisi Aprel döyüşlərində özünü açıq-aydın büruzə verir. Müharibə meydanında mərdliklə vuruşaraq düşmənə qan uddurur, əsl qəhrəmanlıq salnaməsi yaradır. Lələtəpədə bayrağımızın ucalmasında Şahnurun əməyi böyük olur. Məhz bütün bunlara görə onun göstərdiyi şücaət dillərdən düşmür.
Vətən müharibəsində kapitan Şahnur gərgin döyüşlərə atılır. Ulu yurdun hər daşı, hər cığırı uğrunda, sözün əsl mənasında, can qoyur. Cəbhənin hansı istiqamətinə gedirsə, igidliyinə görə fərqlənir. Füzulinin azad olması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Bu şərəfli ölümlə əbədilik qazanır. Astaranın Vətən sədaqətli oğlu tarixdə yaşamaqla, tarixi yaşadan Azərbaycanın mərd igidlərindən olur. Bununla da şəhidimiz bütün zamanlarda, məkanlarda yurdunun döyünən ürəyi, həm də milli ruhun daşıyıcısı olaraq qalxdığı müqəddəslik zirvəsində bizim qürur yerimizə dönür...
İgid zabitimizin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən də öz qiymətini alıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri