Icma.az
close
up
RU
Ölümü də qeyri adi olan aktrisa ANIM

Ölümü də qeyri adi olan aktrisa ANIM

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zərnigar xanım Azərbaycan teatrında həmişə xatırlanan simadır. O, rəngarəng aktrisa idi. Oynadığı obrazlar indi də tamaşaçıların yaddaşından çıxmır. Əgər yaşasaydı, bu il 80 yaşını qeyd edəcəkdi". Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zərnigar Ağakişiyevanın (fevralın 8-də xatirə günüdür) sənət yoldaşları onu hörmətlə anırlar.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ona qarşı ədalətsiz yanaşma oldu"

Xalq artisti Nurəddin Mehdixanlı xatırlayır: "Zərnigar xanım çox istedadlı idi. Onun gözəl səsi vardı. Teatrın səhnəsində, Azərbaycan Televiziyasında çəkilən tamaşalarda fərqli və maraqlı rollar oynayırdı. Onun gözəl vokal səsi vardı. Teatrda aktyor heyəti ilə bağlı müəyyən dəyişikliklər olanda Zərnigar xanım teatrdan getdi. O dövrdə ona qarşı ədalətsiz yanaşma oldu. Təəssüf ki, teatrımızın elə bir istedadlı aktrisası teatrdan necə küsüb getdisə, bir daha geri qayıtmadı". N.Mehdixanlı deyir ki, Zərnigar xanım həmişə üzügülər, şən idi: "Onu heç kəs heç vaxt qəmli görməzdi. Bu, hamı üçün bir tapmaca idi. O, insan olaraq heç kəsin işinə qarışmazdı, xeyirxah bir xanım idi".

"Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi"

"Biz yaxın dost olmuşuq. O, bizə tez-tez gəlib-gedirdi", - deyə Xalq artisti Səidə Quliyeva xatırlayır: "Mən teatra işləməyə gələndə Zərnigar xanım aktrisa kimi çox xoşuma gəlirdi. Çox koloritli, heç kimə bənzəməyən aktrisa idi. Onun oyun tərzi, səhnədəki müxtəlif obrazları tamaşaçını heyran edirdi. Zərnigarın rolları bir-birinə bənzəmirdi. Belə bir aktrisa ilə tərəf-müqabil olmaq mənim kimi gənc aktrisa üçün böyük uğur idi". S.Quliyeva deyir ki, mərhum aktrisa ilə tərəf-müqabil olduğu ilk tamaşa "Atayevlər ailəsi" olub: "Zərnigar xanım həmin tamaşada mənim ögey anamı oynayırdı. Bu tamaşada çox qüdrətli aktyorlar çəkilmişdi. Zərnigar xanım da onlardan biri idi". S.Quliyeva Zərnigar xanımın sənətə bir qədər gec, 30 yaşlarında gəldiyini deyir: "O, bir müddət Moskvada çalışmışdı. Bakıya qayıdandan sonra aktrisa olmaq istəmişdi. Və nə yaxşı ki, o, aktrisa olmuşdu. O, Azərbaycan mədəniyyətinə yeniliklər gətirdi, rəngarəng obrazlar qalereyası bəxş etdi. Baxmayaraq ki, o, bu sənətə gec gəlmişdi, illərlə işləyən sənətkarları da ötüb keçdi. Onun gözəl vokal səsi vardı. Qayınanam Elmira Quliyeva onun vokal müəlliməsi olmuşdu. Zərnigar xanım oynadığı obrazlarla, səs tembri, gözəlliyi ilə səhnəyə yaraşırdı. O bir az dolu xanım idi, ancaq bu da ona yaraşırdı. Çox qəribədir ki, o, ömrünün sonuna qədər pəhriz saxladı. Mən həmişə qastrollarda olanda "sən həmişə pəhriz saxlayırsan, amma heç vaxt da arıqlamırsan" deyirdim. Amma "elə bil bir az arıqlamısan" deyəndə o qədər sevinirdi ki..."

"Mən onun qeyri-adiliyini sevirdim"

S.Quliyeva deyir ki, Zərnigar xanım təbiətdən, Tanrının yaratdığı hər şeydən zövq alırdı: "Onu tanıyanlar "Zərnigar bir az qeyri-adi idi" deyirdilər. Amma mən onun qeyri-adiliyini sevirdim. Onun qeyri-adiliyinin içində bir fəlsəfə, gözəllik, daxili zənginlik vardı. Çox insanlardan eşitmədiyin fikirləri çatdırmağı bacarırdı. Bəlkə də buna görə aktrisa olmuşdu. Zərnigar 70 illik yubileyini də qəribə keçirdi. Yubileyini "Avropa" hotelində qeyd etdi. "Görüm kimin yadındayam? Kim gələcək?"- deyə heç kəsi dəvət etmədi. Amma bilənlər öyrənib yığışdı, çox maraqlı bir gecə keçdi. Onun özü ilə bağlı tədbirləri də fərqli idi. Hərdən deyirdim ki, sən yer adamı deyilsən, göy adamısan. Hərəkətləri ilə, rolları ilə, həyata baxışları ilə fərqlənirdi. Zərnigar geniş qəlbli, xeyirxah insan idi. Sonuncu qəpiyini də kiməsə verirdi. Onun ağır günləri çox olmuşdu. Ona görə də çalışırdı ki, əməkhaqqından, Prezident təqaüdündən imkansızlara paylasın. Onun övladı yox idi, amma uşaqları çox sevirdi. Mən ona qəlbən bağlı idim. Gecələr mənə zəng vururdu. Bilirdim ki, ürəyi sıxılır, darıxır. Çox şeydən qorxurdu. Ən çox 20 Yanvarda qorxmuşdu. Hadisələr onun yaşadığı binanın qarşısında baş vermişdi. Sonra bir müddət o evdə yaşamadı. Dost-tanışının evində qalırdı". S.Quliyeva deyir ki, mərhum aktrisanın xarakteri kimi ölümü də qeyri-adi olub: "Zərnigar həyatdan nakam getdi. O, tək yaşayırdı. Biz tez-tez onu axtarırdıq, zəng vururduq. Bəzən evdə olanda da telefonu qaldırmırdı. Adamlarla ünsiyyət qurmaq istəmirdi. "Heç kəslə danışmaq istəmirəm", - deyə gizlətmirdi. Biz bununla barışmışdıq. Zərnigar 2-3 gün evdə cansız qaldı. Qohumları ona çox hörmətsizlik etdilər. Onun evi, bir az pulu vardı. Ölən kimi onun cəsədini buradan qaçırıb Qubada dəfn etdilər. İndi biz onun məzarını ziyarət edə bilmirik. Heç yas mərasimində də iştirak edə bilmədik. Buna görə onun yaxınlarını qınayıram. Məzarı burada olsaydı, sənət yoldaşları ziyarət edərdi. Onun ruhu nigaranlıq çəkir..."

Yetim qalan obrazlar

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov danışır: "Zərnigar xanım mənim quruluş verdiyim bir neçə tamaşada yüksək peşəkarlıqla oynayıb. O, yüksək vokal səsə malik idi. Hətta "Qızıl Fond"da saxlanılan mahnıları da var". M.Fərzəlibəyov deyir ki, hazırladığı "Təhminə və Zaur" tamaşasındakı Zivər xanım - Zaurun anası obrazından sonra kinorejissor Rasim Ocaqov da Zərnigar xanımı "Təhminə" filminə, eyniadlı obrazı oynamağa dəvət edib: "Rasim müəllim başa düşürdü ki, bu obrazı heç kim Zərnigar xanım kimi oynaya bilməz. Həqiqətən də film çox uğurlu alındı. Mən həmişə bu aktrisa ilə işləməyə çalışırdım. Çünki Zərnigar xanım anadan aktrisa doğulmuşdu. Tanrı ona gözəl səs, qadın gözəlliyi, aktrisalıq istedadı bəxş etmişdi. Yüzdən çox tamaşa hazırlayan bir rejissor kimi əminliklə deyirəm ki, böyük aktyor olmaq üçün anadan böyük aktyor doğulursan. Belə sənətkarlar Azərbaycan teatrında azdır, onlardan biri də Zərnigar xanım idi. Zərnigar xanımdan sonra can verə biləcəyi nə qədər obrazlar yetim qaldı..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri