Icma.az
close
up
RU
Ölümü ilə adını tarixə yazdırdı Yaşasaydı 63 yaşı olacaqdı...

Ölümü ilə adını tarixə yazdırdı Yaşasaydı 63 yaşı olacaqdı...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün ölümü ilə adını tarixə yazdıran Milli Qəhrəman İqor Kşnyakinin doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, İ.Kşnyakin adını 24 dekabr 2025-ci ildə öz həyatı bahasına onlarla sərnişini xilas edərkən yazdırdı.

Həmin gün səhər saatlarında Azərbaycan və dünya mediasında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıldı.  Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən (62 sərnişin və 5 ekipaj üzvü) 29 nəfər sağ qaldı. Bu isə pilotların səriştəsi və peşəkarlığı sayəsində mümkün oldu. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirməyi bacarmışdılar. Həm də öz həyatları bahasına. İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirdi.

Sonradan təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus “Pantsir-S1” zenit raket kompleksi ilə vurulduğu məlum oldu... 

Qəhrəman İ.Kşnyakin yaşasaydı, 63 yaşını qeyd edəcəkdi. O, 1962-ci ildə mayın 19-da Bakıda anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib. 1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb. 

1997-ci ildə “Azal” Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 2013-cü dekabrın 11-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embrare-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyinat alıb.

Kşnyakinin 15 159 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11 180 saatını kapitan kimi həyata keçmişdi. 

O, qəzadan 4 gün sonra dekabrın 29-da II Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycan Prezidentinin Sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 

62 yaşlı mərhum pilot ailəli idi. Bir oğlu və üç qız övladı var.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri