Icma.az
close
up
RU
Ölümü şeirlərində gözəlləşdirən ŞAİR!

Ölümü şeirlərində gözəlləşdirən ŞAİR!

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Sərvər Şahbəyli! Bu insanı sizlərə necə təqdim edim, bilmirəm. Aktyormu, ssenaristmi, bədii qiraət ustasımı, yoxsa şairmi. Sadaladıqlarımdan hansını bu adamın adının qarşısında yazsam, tam yerinə oturmuş olacaq. Adam adam kimi başdan-ayağa istedad idi. Allah sevdiyindən bu adama böyük ürək, tükənməz enerji, ən əsası da istedad vermişdi. Və bəlkə də elə sevdiyindən öz dərgahına tez apardı. Axı deyirlər Allah sevdiyi bəndələrini öz dərgahına tez aparır. Şeirlərinin birində yazmışdı:

Dünyanı bilmişəm daha,
Ağlayıb gülmüşəm daha,
Ölməksə ölmüşəm daha - 
Bu yol hara gedir belə?

1962-ci ilin aprel ayının 15-də Şirvan torpağının dilbər guşəsi olan Ağsu rayonundan başlanan bu yol onu arzularının qanadında incəsənət aləminə gətirdi. Onun gedəcək yolu, ona böyük istedad verərək  Tanrı özü seçmişdi. «Avtoportret» şerində yazırdı:

Mən Tanrının övladıyam,
Mən göylərdən uçub gəldim.
Asimanı ulduz-ulduz,
Bulud-bulud keçib gəldim.

Bu Tanrı övladı Göylərdən asimanı ulduz-ulduz, bulud-bulud keçib gəldiyi Yer adlı planetdə onu nələrin gözlədiyini bilmədən gəlmişdi. Bəli, o, göylərin adamı idi. Çünki ömrünün sonuna kimi yerdəkilər onu anlaya bilmədilər. Ətrafındakılar insanı başa düşməyəndə, bu dünyada yaşamaq o insan üçün çox, çox və çox çətin olur. Mən Türk dünyasında sevilən və sevilərək də oxunan böyük şairimiz Rüstəm Behrudiyə həsr etdiyim bir şeirimdə yazmışdım:

Sən Göy adamısan, Göydən gəlmisən,
Yerdəki bəndələr Səni anlamaz.
Yerdə yaşayanla, Göydən gələnin,
Dərdləri-sərləri bil, eyni olmaz.

Bəli, Yerdə yaşamağına baxmayaraq, ruhu göylərdə qalan insanlar üçün yaşamaq çox çətin olur. Sərvər Şahbəyli də belə bir dünyanı, belə bir yaşamı qəbul etmirdi. Dürüst olmaq, dosta sədaqətli olmaq, nəinki dostlarına, hətta bir dəfə bir məclisdə görüşdüyü insanlara belə kömək etmək onun yaşam tərzi idi. Ancaq aramızda bu dürüstlükdən istifadə edən çürük insanlar da az deyil. Və təəssüf ki, cəmiyyətimiz belə insanları tez qəbul edir, nəinki, dürüst olanları. Sərvər Şahbəyli belə insanları sevmirdi, qəbul etmirdi:

Qananların qanın tökdü,
Qanmazlar dövranın çəkdi.
Pak ürəklərdə dərd əkdi,
Çürükləri sevdi dünya.

O, gələndə bu dünyada əbədi qalmağa gəlmişdi. Mənim fikrimcə, Sərvər Şahbəyli əbədi qalmaq istədiyi dünyada öz şeirləri, şeirlərinə yazılan mahnıları ilə, bu şeirləri, mahnıları dinləyərək onu duyan və yaxından tanıyan dostlarının yaddaşlarında əbədiləşə bildi. Bu gün onun 200 şeirinə yazılmış mahnılar səslənəndə (təəssüflər olsun ki, bəzi müğənnilər Sərvər Şahbəylinin haqqına girərək çox vaxt mahnının sözlərinin ona məxsus olmasını qeyd etmirlər), ssenarisi əsasında çəkilmiş dörd seriyalı "Əlvida" filmi nümayiş olunanda, el şənliklərində şeirləri oxunanda onun xalqın yaddaşında əbədiləşdiyinə əmin olursan.

Gəlmişəm qalam dünyada,
Əbədi olam dünyada,
Mən özüm yolam dünyada,
O dünyadan köçüb gəldim.

Qədim Göy Türklərdə belə bir deyim var: yol bitdi, yaşam bitdi. Bəziləri bu deyimi bir neçə formada izah edirlər. Mən isə bunun bir mifoloji deyim olduğunu düşünürəm. Yəni, insan doğulduğu andan özünə doğru müxtəlif zaman kəsiyində yol gəlir və özünə çatdıqda yol bitir. Bəziləri özünə doğru bu yolu 40 il, bəziləri 50 il, bəziləri 80 il gedir. Yol bitdiyi anda isə insan özünə qovuşur və yaşam bitir. Yəni, insan dünyasını dəyişir. Sərvər Şahbəyli isə özünə doğru 54 il yol gəldi. 1962-ci ildə özünə çatmaq üçün çıxdığı yol 2016-cı ildə bitdi. Bu bir insan ömrü üçün çox az, bir şair ömrü üçün isə bir az çox idi. Çünki şairlər dünyanı başqa rəngdə görürlər, başqa cür duyurlar. Ətrafda olan insanlar isə çox vaxt onları anlamaq istəmirlər. Bu da onlara iztirab verir. Bu iztirab sevgi üçün də ola bilir, maddi və ruhi sıxıntıdan da ola bilir. Çəkilən bu iztirablar ömrü qısaldır. Və maraqlıdır ki, şairlər öz ölümlərini hamıdan tez hiss edirlər. Tanıdığım şairlərdən bəziləri ölümlərindən bir az qabaq ÖLÜMə şeirlər həsr ediblər. Bizim dostumuz Sərvər Şahbəyli kimi:                                               

Xoş gəlmisən aparmağa,
Qadan alım, gözəl Ölüm.
Bir gün gözəl yaşamadım,
İcazə ver, gözəl Ölüm.

Qoy dostlarımla görüşüm,
Sağ ol deyim son nəfəsdə.
Çox deyildi əsil dostlar,
Çox gözləməz son nəfəs də.

Kim dünyadan nə aparıb,
Qalan kəslərə əlvida,
Nəğmələrə, sevgilərə,
Şirin səslərə əlvida.

Ağlamasın kimsə məni,
Mən göz yaşına dəymərəm.
Nə etdim ki, Vətən üçün,
Qara daşına dəymərəm.

Xoş gəlmisən, gözəl Ölüm,
Dünya məhkum təzadlığa.
Gəl bu qəddar zamanədən
Çıxart məni azadlığa.

Allah Sənə rəhmət eləsin, Ölümü şeirlərində gözəlləşdirən ŞAİR!

Seymur Şeydayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri