Icma.az
close
up
RU
Ölümü təsdiqlənən körpə 5 saat sonra dirildi

Ölümü təsdiqlənən körpə 5 saat sonra dirildi

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-də hovuzda boğulma təhlükəsi keçirən və həkimlər tərəfindən öldüyü elan edilən azyaşlı uşaq təxminən beş saat sonra xəstəxananın morqunda sağ aşkarlanıb. İndi uşağın ailəsi həkimlərə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə fevralın 8-də ABŞ-nin Arizona ştatının Gilbert şəhərində baş verib.

Məlumata görə, hadisə ailənin Amerika futbolu üzrə Superkubok finalını izləmək üçün təşkil etdiyi toplantı zamanı yaşanıb.

Təxminən 18 aylıq Vinsent Fiordilino hovuzda üzüaşağı vəziyyətdə tapılıb. Uşaq heç bir reaksiya vermədiyindən dərhal tibb mərkəzinə çatdırılıb. Polisin məlumatına əsasən, saat 18:20-də həkim uşağın öldüyünü rəsmən təsdiqləyib.

Vinsentin anası Aleksus Fiordilino bildirib ki, həmin vaxt oğlunun öldüyünə inanaraq onunla vidalaşmalı olub. Lakin ailə üzvləri və polis əməkdaşları hələ xəstəxanada olarkən uşağın nəfəs aldığını xatırladan bəzi əlamətlər müşahidə ediblər.

Ananın sözlərinə görə, qayınanası uşağı qucaqlayarkən onun nəfəs aldığını hiss etdiyini bildirib. Lakin tibb işçilərinin ona belə hallarda eşidilən səslərin normal olduğunu söylədiyi iddia edilir.

Təxminən beş saat sonra Marikopa dairəsinin məhkəmə-tibbi ekspertiza xidmətinin əməkdaşları uşağın meyitini götürmək üçün xəstəxanaya gəliblər. Lakin soyuducu kamerada saxlanılan Vinsentin nəfəs aldığı müəyyən edilib. Polis hesabatında uşağın ölümünün səhvən təsdiqləndiyi qeyd olunub.

Bundan sonra Vinsentə yenidən tibbi yardım göstərilib. Uşaq xəstəxanadan evə buraxılıb. Lakin ailənin vəkillərinin sözlərinə görə, onun sağlamlığına ciddi və geridönməz ziyan dəyib.

Hüquqşünaslar bildiriblər ki, Vinsent ağır beyin zədəsi alıb. Uşaq hələ də müstəqil şəkildə yeriyə bilmir və danışıq qabiliyyəti bərpa olunmayıb. Vinsentin valideynləri həkimin hərəkətlərinin düzgünlüyünü şübhə altına alırlar.

Ailə hesab edir ki, uşağın səhvən ölmüş elan edilməsi və uzun müddət tibbi yardım göstərilməməsi onun vəziyyətini daha da ağırlaşdırmış ola bilər. Ailənin maraqlarını müdafiə edən hüquqşünaslar hadisə ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.

İlkin mərhələdə hüquq-mühafizə orqanları valideynlərin ehtimal edilən səhlənkarlıq səbəbindən uşağa qarşı pis rəftar ittihamı ilə məsuliyyətə cəlb olunması imkanının da nəzərdən keçirilməsini tövsiyə ediblər.

Lakin Marikopa dairəsinin prokurorluğu valideynlərə qarşı ittiham irəli sürməmək qərarına gəlib.

Hazırda ailə uşağın səhhətinin yaxşılaşacağına ümid edir və baş verənlərə görə hüquqi məsuliyyətin müəyyənləşdirilməsini istəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Oktyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri