Icma.az
close
up
RU
Ölümü ürəyinə damdı, hər kəslə vidalaşdı Avtobusda həyatını itirən MƏŞHUR

Ölümü ürəyinə damdı, hər kəslə vidalaşdı Avtobusda həyatını itirən MƏŞHUR

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gecə nəvəsinin toyunda dedi, güldü, oynadı. Elə gecə ikən də nəvəsinin toyundan foto paylaşaraq, xoş günündə yanlarında olan hər kəsə təşəkkürünü bildirdi.

Səhər isə oğluna zəng edib “sizə gəlirəm, oradan da teatra gedəcəyəm” deyib yola çıxdı. Amma mənzil başına çata bilmədi. Əcəl onu elə avtobusda yaxaladı.

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının xatirə günüdür.

Elə avtobusda hər kəsin gözü qarşısında ürək tutmasından həyatını itirən aktyor sevənlərinin yaddaşında xatirəyə döndü.

Qoyub getdiyi isə ömrünün müxtəlif çağlarında səhnədə canlandırdığı yaddaqalan və bənzərsiz obrazları oldu. Yalnız teatrın səhnəsində tamaşalarda oynamırdı. Saysız-hesabsız televiziya tamaşalarında da ustalıq yaratdığı obrazları ilə həmişəlik izləyicilərinin qəlbinə köç etməyi bacarmışdı aktyor. Koloritli aktyorlardan idi Ağaxan Salmanlı. Elə buna görə də yaratdığı obrazları səmimiyyəti, təbiiliyi ilə fərqlənirdi. Və buna görə də sevilirdi.

Teatra çox bağlı insan idi. Səhnə fədaisi idi, hətta son mənzilə getməmişdən öncə canı qədər sevdiyi teatra baş çəkmək arzusundan da vaz keçə bilməmişdi. Çox obrazlara həyat vermişdi, amma hələ oynayacağı çox rollar da var idi. Yaradıcı insanların arzuları bitib-tükənməz olur axı… Ağaxan Salmanlı arzuladığı, amma hələ oynamadığı obrazları da özü ilə bərabər son mənzilə daşıdı. Bu gün isə aktyor ürəklərdə yaşayır.

Cəvahir

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri