Icma.az
close
up
RU
Ölümündən bir il əvvəl sağollaşmışdı... Soyqırımı günü doğulan, terrorun qurbanı olan dahi

Ölümündən bir il əvvəl sağollaşmışdı... Soyqırımı günü doğulan, terrorun qurbanı olan dahi

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Caz musiqisinə böyük həvəsi ailədən gələn musiqiçi istedadı ilə birgə hələ uşaqlıqdan həyat yolunu müəyyən etmişdi. Ötən əsrin 60-70-cı illəri məhz görkəmli musiqiçi, bəstəkar, Xalq artisti Rafiq Babayevin caz töhfələri ilə səsini bütün dünyaya yayıb.
O, Azərbaycan musiqi mühitinə yeni nəfəs, fərqli baxış gətirib. Milli musiqi zəminində Qərb və Şərq musiqi ənənələrinin sintezini yaradıb, muğam və xalq melodiyalarını caz ritmləri üstündə uğurla təqdim edib. Rafiq Babayevin əsərləri, melodiyaları millətindən, dinindən asılı olmayaraq, bütün insanları birləşdirib.
Təəssüf ki, novator bəstəkar 1994-cü il martın 19-da – 31 il əvvəl ermənilər tərəfindən Bakı metrostansiyasında törədilən terrorun qurbanı oldu. Rafiq Babayev sanki əcəlin amansız oyununu duyubmuş kimi ölümündən bir il əvvəl çəkilən “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyasını özü ifa etmişdi. “Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan”, - oxuyan görkəmli bəstəkarın həyatı ömrünün ən gözəl çağında – 57 yaşında qırıldı...

Kulis.az Xalq artisti Rafiq Babayevin həyat və yaradıcılığı haqqında M.Mükərrəmoğlunun "Yarımçıq ömrün həzin notları" yazısını təqdim edir.

Onu xatırlamamaq, sevməmək mümkün deyil.


Özü aramızda olmasa da, hər gün radio və televiziyada bu istedadlı pianoçu və bəstəkarın mahnılarını dinləyir, yaxud musiqi bəstələdiyi filmlərə baxırıq. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1994-cü il mart ayının 19-da erməni cəlladlarının Bakıda törətdikləri terrorun qurbanı oldu.
Rafiq Babayev 1936-cı il martın 31-də doğulmuşdu. Martın 31-i də məlum tarixdir.
1918-ci ilin həmin günü qansız ermənilər Bakı qırğınını törətmişdilər. Rafiqin doğulduğu tarix də həmin günə təsadüf etmişdi.
Atası Fərzi Babayevin ağlına haradan gələydi ki, yenicə dünyaya göz açan oğlu nə vaxtsa erməni terrorunun qurbanı olacaq...
Bu xəbər bütün Azərbaycanı sarsıtmışdı. Həmin gün kinostudiyada, Mahnı Teatrında onu axtarırdılar. Məşqləri onsuz başlamaq mümkün deyildi. Amma o daha yox idi. Azərbaycan matəm içərisində idi.

Bəstəkarın qızı həmin günü belə xatırlayırdı: "Qəflətən güclü külək başlandı. Göyün üzü boz-qara rəngə büründü. Qəfil bir xəbər eşitdim: metronun "20 Yanvar" stansiyasında qatar partladılıb. Atamın iş yeri "20 Yanvar" stansiyasının yaxınlığında idi. Amma bu xəbəri onunla əlaqələndirmək heç ağlıma da gəlmirdi. Mənə elə gəlirdi ki, sadəcə olaraq, belə şey ola bilməz. Həmin günə qədər Rafiq Babayev musiqi ilə həmahəng olan ömrünün sakit günlərini yaşayırdı..."

Onun sənət yolu təhsil aldığı 160 nömrəli məktəbdən başlamışdı. Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaratmışdı. 1950-ci ildə həmin məktəbi bitirəndən sonra A.Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub, R.S.Levinanın sinfində təhsil alıb. Eyni zamanda, təhsil aldığı illərdə o, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir, caz musiqisi ilə maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır.

Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayevi bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edir. Az zaman içərisində onlar teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Tamaşa böyük uğur qazanır, bundan sonra teatr onun iştirakı ilə yeni repertuarlar hazırlayır. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir.
1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa etdiyi kompozisiya xüsusi qeyd edilir. Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.
1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edib və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradıb. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.
Rafiq Babayev kino sahəsində də məhsuldar çalışırdı. Mütəxəssislərin fikrincə, onun kinoya gəlişi ilə filmlərdə bir musiqi sərbəstliyi elementi yarandı. Elə buna görə də musiqinin əvvəlcədən yazılması tələbi arxa plana keçdi və sözün yaxşı mənasında, musiqi ilə bağlı qərarlar qəbul edilməsində improvizə imkanı yarandı. Bu, filmin səs palitrasını ölçüyəgəlməz dərəcədə genişləndirdi. Bu baxımdan filmlər get-gedə bir-birindən maraqlı olurdu.

Oqtay Mirqasımovun "Gümüşü furqon", "Başa düşmək istəyirəm" filmlərinə Rafiqin musiqisini yazanda tamamilə gözlənilməz halda, elə studiyada musiqi ilə bağlı qərarlar qəbul edirdi. Rejissor da orada idi və Rafiq onunla məsləhətləşərək, əlüstü hər şeyi dəyişə bilirdi. Yəni, müəyyən mühüm dramaturji tapıntılar bilavasitə studiyada, səsyazma zamanı yaranmışdı.
Bəstəkarın "1001-ci qastrol", "Alman klinikasına şəxsi səfər", "Anlamaq istəyirəm" bədii filmlərinə, "Abşeron bağları" silsiləsindən onlarca sənədli film eyni zamanda, Azərbaycan haqqında bir sıra sənədli filmlərə musiqi bəstələmişdir. Bu filmlər bu gün Rafiq Babayevin kino musiqisinin necə bənzərsiz yaradıcısı olduğunu təsdiq edir.

Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Xalq artisti, cazmen, pianoçu, bəstəkar Rafiq Babayevin yaradıcılığından bəhs edən musiqi albomu hazırlayıb.

2008-ci il aprelin 11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə layihənin təqdimatı keçirilib. MDB ölkələrinin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materiallar əsasında hazırlanmış alboma Rafiq Babayevin həyat və yaradıcılığından bəhs edən kitab, nadir videoyazılar olan 2 DVD və sənətkarın əsərlərindən ibarət 8 CD daxildir.
Disklər SONY firmasının Avstriyadakı studiyasında müasir texnologiya əsasında təmizlənərək yazılıb. Kitabdakı mətnlər üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilib. Kitab sənətkarın həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.
Xalq artisti, istedadlı bəstəkarın xatirəsini Azərbaycan xalqı heç zaman unutmayacaq.

Mehriban Xanlarova: "Mehriban Ələkbərzadənin bu hərəkəti hörmətsizlikdir" "Kardeş payı"nın aktyoru vəfat etdi Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see269

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see149

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see139

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see134

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see129

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see123

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri