Ölümündən sonra ailəsi üçün 1 milyondan çox ianə toplandı
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, amerikalı aktyor Ceyms Van Der Biik ötən gün 48 yaşında vəfat edib.
Axşam.az-ın məlumatına görə, aktyorun ölümündən sonra, onun həyat yoldaşı və altı uşağına dəstək olmaq üçün "GoFundMe" platformasında kampaniya başladılıb.
Əvvəlcə 500 min dollar (850 000 manat) hədəfi qoyulsa da, bu məbləğ yalnız bir neçə saat ərzində toplanıb. "The Guardian"ın məlumatına görə, hazırda isə 1,1 milyon dollardan (1,8 milyon manatdan çox) çox vəsait yığılıb.
Kampaniya məlumatında qeyd olunub ki, Van Der Bikin tibbi xərcləri ailənin büdcəsini tükədib və bu ianələrin məqsədi ailəyə evlərini qorumağa, uşaqların təhsilini davam etdirməyə və belə çətin dövrdə onlara kömək etməkdir.
Xatırladaq ki, aktyor 2024-cü ilin noyabrında diaqnozunu açıqladıqdan sonra "Student Team" filmində canlandırdığı obraza aid əşyalarını hərracda satmağa başlayıb. Bunla da o, həm öz müalicəsini, həm də xərçənglə mübarizə aparan digər insanlara xərclərini qarşılamağa çalışıb.
Qeyd edək ki, Van Der Biik evli idi və 6 övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 Fevral 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















