Ölümünü intihar yox, qətl adlandırdı Saxlanıldı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün evində ölü tapılan türkiyəli sosial media fenomeni Ayşegül Eraslanın qətlə yetirildiyini iddia edən jurnalist Bilal Özcan saxlanılıb.
“Qafqazinfo” “T24”ə istinadən xəbər verir ki, jurnalist “açıq şəkildə yanlış məlumat yaymaq” ittihamı ilə tutulub.
Belə ki, jurnalist sosial şəbəkədə verdiyi açıqlamada Ayşegül Eraslanın ölümünü intihar yox, qətl olduğunu bildirib. Beləliklə, o, hüquq‑mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb. O, hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıbmış. Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Mart 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















