“Ölünün dalınca qeybət edirsiniz, ayıb deyil?” Tahir İmanov+Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib:
“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.
Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:
“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 08 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















