Oman: İran və ABŞ növbəti mərhələyə keçmək barədə razılığa gəliblər
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oman Xarici İşlər Nazirliyi yazılı açıqlamada bildirib ki, İran və ABŞ danışıqları növbəti mərhələyə keçirmək barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bəyanatda deyilir ki, növbəti mərhələdə İranın nüvə silahına sahib olub-olmayacağı ilə bağlı müzakirələr aparılacaq və sanksiyaların aradan qaldırılmasına baxılacaq.
Bəyanatda həmçinin İranın nüvə proqramını sülh yolu ilə davam etdirməsi ilə bağlı danışıqların aparılacağı da bildirilib.
Omanın xarici işlər naziri Bədr Əl Busaidi X hesabında aşağıdakı bəyanatı verib:
"Bugünkü danışıqlarda son dərəcə konstruktiv yanaşmalarına görə İranın xarici işlər naziri doktor Seyid Abbas Erakçiyə və ABŞ prezidentinin nümayəndəsi cənab Stiv Vitkoffa təşəkkür etmək istərdim. Bu danışıqlar getdikcə sürətlənir və bir vaxtlar qeyri-mümkün hesab edilən şey indi mümkün olur".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















