Oman və Azərbaycan açıq səma haqqında memorandum imzalayıb
525.az saytına istinadən Icma.az xəbər verir.
Oman və Azərbaycan arasında "açıq səma" prinsiplərinə əsaslanan Anlaşma Memorandumu imzalanıb.
525.az xəbər verir ki, bu barədə Omanın Mülki Aviasiya İdarəsinin (CAA) "X" hesabında məlumat verilib.
"Oman və Azərbaycan hava nəqliyyatı sahəsində əməkdaşlıqla bağlı danışıqlara "açıq səma" prinsiplərinə əsaslanan Anlaşma Memorandumunun imzalanması ilə yekun vurub", - məlumatda bildirilir.
Bu imzalanma iki ölkənin mülki aviasiya orqanları arasında bu ilin sentyabr ayında Azərbaycanda aparılmış müzakirələrin davamı oldu.
"Açıq səma" siyasəti mülki aviasiya sahəsində ölkələr arasında uçuşlara məhdudiyyətləri aradan qaldıran və ya yumşaldan beynəlxalq təcrübədir.
Bundan başqa, Oman ölkələrlə uçuşların sayını tənzimləyən və müxtəlif "hava azadlıqları"nı təmin edən ikitərəfli sazişlər imzalayır. Xüsusilə iki ölkənin aviaşirkətləri bir-birinə daha sərbəst şəkildə uçuşlara başlaya biləcək. Gələcəkdə sərnişin və turist axınının artırılması da mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















