Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Oman və İran Hörmüz boğazında təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə dair beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha vurğulayıb.
Bakıvaxtı.az Omanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ Oman və İranın XİN başçıları Bədr əl-Busaidi və Abbas Əraqçi arasında telefon danışığı zamanı müzakirə edilib.
Oman tərəfinin bəyanatına görə, bu yaxınlarda əldə edilmiş İran-ABŞ razılaşmaları kontekstində nazirlər gəmilərin Hörmüz boğazından azad və təhlükəsiz keçidinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini təsdiq ediblər.
Tərəflər həmçinin ümid edirlər ki, yaxın dövrdə prosesin bütün iştirakçıları siyasi-diplomatik səylərin irəliləməsi və regional sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 İyun 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















