Omanda dəvə gözəllik müsabiqəsində botoks qalmaqalı: 20 heyvan kənarlaşdırıldı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Omanda keçirilən dəvəl'rin gözəllik müsabiqəsində 20 heyvan yarışdan kənarlaşdırılıb. Buna səbəb dəvələrdə kosmetik prosedur izlərinin aşkarlanması olub.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarış təşkilatçıları və yoxlamada iştirak edən baytar mütəxəssislər açıqlama veriblər.
Dəvə gözəllik müsabiqələri Fars körfəzi ölkələrində geniş yayılıb və bədəvilərin mədəni irsinin mühüm hissəsi hesab olunur. Bu cür tədbirlərdə minlərlə heyvan iştirak edir, mükafat fondu isə milyonlarla dollara çatır. Bu da yetişdiricilər arasında rəqabəti daha da gücləndirir.
Təşkilatçıların məlumatına görə, Maskatda keçirilən yarışlarda bəzi dəvə sahibləri üstünlük qazanmaq üçün qadağan olunmuş müdaxilələrə əl atıblar. Belə ki, dəvələrdə dodaqların böyüdülməsi məqsədilə botoks inyeksiyaları, üz ifadələrinin dəyişdirilməsi üçün miorelaksantlar, eləcə də hürgüclərin formasını düzəltmək üçün silikon və mum doldurucular aşkar edilib.
Qeyd olunub ki, dəvələrin xarici görünüşünün süni şəkildə yaxşılaşdırılmasının istənilən forması qaydalara ziddir və saxtakarlıq kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 Fevral 2026 05:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















