Omanda Ermənistan səfirliyinin açılışı olub
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Omanın paytaxtı Maskatda hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan səfirliyinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə Omanın XİN rəhbəri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə Maskatda Ermənistan Respublikası səfirliyinin açılışında iştirak etdik. Bu mühüm hadisə əməkdaşlığın möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun inkişafına və müxtəlif sektorlarda yeni imkanların açılmasına olan ümumi sadiqliyimizi əks etdirir", - paylaşımda deyilir.
Oman XİN-in məlumatına görə, tədbirdə sultanlıqda akkreditə olunmuş dost ölkələrin səfirləri, diplomatik və konsulluq korpusunun bir sıra üzvləri, dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, eləcə də Omanda yaşayan erməni icmasının üzvləri iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Mart 2026 03:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















