Icma.az
close
up
RU
Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdə iştirakından sonra ölkəmizə səfərinə dair ABŞ-da verdikləri həqiqətləri əks etdirməyən açıqlamaları dərin təəssüf hissi doğurur.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva konqresmenlərin açıqlamalarına reaksiyasında bildirib.

Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onların ölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

“Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmaları əvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədən önə çıxarmalarını gözləyərdik.

Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzində işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik.

Lakin biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdə regionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlar atmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətində mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışında Amerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir “qurumun” və onun müharibə cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş “rəhbərinin” adını hallandırması, başqa ölkənin daxili işinə qarışması, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması “həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?” sualına cavab vermiş olur.

Həmçinin onu da qeyd etmək istərdim ki, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə bu ölkə tərəfindən bu günədək ölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması da onların qərəzli olduğunu növbəti dəfə sübut edir.

Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanların nümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını və tutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəng iddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olan dözümsüzlüyünün bariz nümunəsidir”, - deyə Səbinə Əliyeva bildirib.

O, ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinin tapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzli fikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmət etməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyə dəvət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri