Icma.az
close
up
RU
Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb

Ombudsman “Human Rights Watch” təşkilatına açıq məktub ünvanlayıb

Icma.az bildirir, Azpost portalına istinadən.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.

Məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi bildirilib.

Eyni zamanda, HRW-nun öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.

Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRW-nun öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb.

Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox soydaşlarımızın fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.

Ombudsman “Human Rights Watch” təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Yanvar 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri