Ombudsman Səbinə Əliyeva Gənclər Günü münasibətilə müraciət ünvanlayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2 Fevral –Gənclər Günü münasibətilə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciət Ombudsman Aparatında keçirilən tədbirdə səsləndirilib.
Müraciətdə deyilir: “Sizi 2 Fevral-Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə inam dolu yol, möhkəm sağlamlıq və davamlı uğurlar arzulayıram.
Azərbaycan gəncliyi hər zaman dövlətimizin ali diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclər siyasəti olub. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilib, 1997-ci ildən etibarən fevralın 2-sinin Gənclər Günü kimi təsis edilməsi gənclərə verilən yüksək dəyərin bariz nümunəsi olub.
Bu gün Ümummilli Liderin gənclərlə bağlı siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin təhsili, məşğulluğu, intellektual və fiziki inkişafı, eləcə də onların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və fəaliyyəti isə gənclərin sosial rifahının yüksəldilməsinə, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və sağlam düşüncəli gəncliyin formalaşmasına mühüm töhfələr verir.
Azərbaycan gəncliyi Vətənimizin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib. Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, fədakarlıq və qətiyyət xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Gənclərimiz bu müharibədə üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıblar. Bu, müasir Azərbaycan gəncliyinin Vətənə bağlılığının, məsuliyyət hissinin və milli şüurunun parlaq təzahürüdür.
Siz Azərbaycanın bu günü və sabahısınız. Düşüncəniz, enerjiniz, yaradıcılığınız və təşəbbüskarlığınız cəmiyyətimizin inkişafına yeni nəfəs verir. Gənclərin fəallığı hüquqi dövlətin möhkəmləndirilməsində, ədalətli və güclü vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.
Öz hüquq və azadlıqlarınızı bilməyiniz, onlardan yararlanmağınız və digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmağınız hər bir gəncin üzərində duran vacib vəzifədir. Hüquqi maarifləndirmə gənclərin risklərə qarşı daha hazırlıqlı olmasına, düzgün qərarlar verməsinə kömək edir və cəmiyyətdə öz mövqelərini inamla ifadə etmələrinə şərait yaradır. Hüquqlarını bilən, hüquqi biliklərə malik gənclər dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq gənclərin hüquqlarının müdafiəsi, hüquqi maarifləndirilməsi və məlumatlara əlçatanlığının artırılması fəaliyyətimizdə daim diqqət mərkəzində saxlanılır. Məqsədimiz gənclərin səsinin eşidilməsi, onların hüquqi biliklərinin artırılması və cəmiyyətin həyatında daha fəal və təsirli iştirakının təmin edilməsidir.
Əminəm ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və müasir dünyagörüşlü Azərbaycan gəncliyi ölkəmizin gələcəyini daha ədalətli, təhlükəsiz və güclü edəcək.
Bu əlamətdar gün münasibətilə hər birinizi bir daha təbrik edir, dövlətimizin inkişafı istiqamətində sərgilədiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.
Yolunuz daim açıq olsun!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















