Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının üzvləri Marcela Čavojovánı və Zuzana Matějčkovánı qəbul edib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Ombudsman Səbinə Əliyeva Azərbaycan və Slovakiya dövlətləri arasında sıx əlaqələrin mövcud olduğunu bildirib.
Ombudsman qonaqlara bu yaxınlarda ölkəmizə səfər edən slovakiyalı həmkarı ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında mövcud olan dostluğa və tərəfdaşlığa əsaslanan əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Müvəkkil qonaqları mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumatlandırıb.
Səbinə Əliyeva ötən illər ərzində mandatının genişləndirildiyini, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qruplarının yaradıldığını, bu sahədə müsbət təcrübələrin əldə olunduğunu qeyd edib.
Slovakiya Milli Şurasının üzvləri Marcela Čavojová və Zuzana Matějčková öz növbələrində səmimi qəbula görə Ombudsmana təşəkkürlərini ifadə edib, iki ölkə arasında çoxşaxəli əlaqələrin uğurla davam etdirildiyini, Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 13 May 2026 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















