Icma.az
close
up
RU
Ombudsmana qarşı sensasion iddia

Ombudsmana qarşı sensasion iddia

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının vətəndaş müraciətlərinə ciddi yanaşmaması, daxil olan ərizə sahiblərinə şablon və şikayətlərə aid olmayan standart cavablar yazmasına dair sensasion fakt üzə çıxıb.
Bu barədə Bakının Nəsimi Rayon sakini Əlicanlı Afaq Rauf qızının Gununsesi.info-ya yazdığı məktubunda qeyd olunub.
Vətəndaşın redaksiyamıza təqdim etdiyi məktubu olduğu kimi dərc edirik:
Hörmətli Gununsesi.info Xəbər portalının redaksiyası!
Ombudsman Aparatından daxil olmuş şok və tükürpədici məktub barədə sizinlə bölüşmək istəyirəm. Bu məktub məni dəhşətə gətirdi. Bu məktub Yazıçı Anarın “Evləri köndələn yar” komediya tipli film-tamaşanı xatırladır.
Mən pozulmuş insan hüquqlarımın bərpasına kömək etmək məqsədilə 16 iyul 2024-cü il tarixindən etibarən bir neçə dəfə Azərbaycan Respublikasının Ombudsmanına müraciət etdim.
Belə ki, 2023-cü il avqust ayının 29-da keçirilmiş sertifikasiya imtahanında guya “29 BAL TOPLADIĞIMA” görə Elm və Təhsil Nazirliyinin 04.09.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinə əsasən 267 nömrəli məktəb-liseyin direktoru Ağazadə Rəna Eldar qızının 145 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə 267 həmin məktəb-liseyin ibtidai sinif müəllimi vəzifəsindən qanunsuz və qeyri-şəffaf şəkildə azad edildim.
Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət edib imtahan materiallarının, kamera görüntülərinin və nəzarətçi qeydlərinin mənim iştirakımla araşdırılmasını xahiş etsəm də, nazirlik bu xahişdən imtina etmiş və guya imtahan materiallarını, kamera görüntülərini və nəzarətçi qeydlərini mənim iştirakım olmadan araşdırmış və şikayətdə qaldırdığım məsələlər guya həqiqətə uyğun olmamışdır. Əgər Elm və Təhsil Nazirliyi özünə əmindirsə, nəyə görə imtahan materiallarını, sual və cavab variantlarımı, kamera görüntülərini və nəzarətçi qeydlərini mənim iştirakımla araşdırmaq istəmir? Elm və Təhsil Nazirliyini aşkarlıq və şəffaflıqdan çəkindirən nə olmuşdur? Əgər Elm və Təhsil Nazirliyi həqiqətən də qanunsuzluğa və korrupsiyaya qarşı mübarizə aparmaqda maraqlıdırsa və bu sahədə Prezident cənab İlham Əliyevin tapşırıqları onlar üçün önəm kəsb edirsə, Elm və Təhsil Nazirliyi mənim iştirakımla cavab variantlarını araşdırmalı və mənim iştirakımla imtahan zalında kamera görüntülərinə və nəzarətçi qeydlərinə baxış keçirməli idilər. Lakin Elm və Təhsil Nazirliyi bunu etməkdən çəkinmişdir. Bu da onu deməyə əsas verir ki, Elm və Təhsil Nazirliyi qeyd etdiyim faktların mövcud olduğunu kamera görüntülərində aşkar edəcəyi təqdirdə ciddi yoxlamalara başlamalı və bir çox vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalı idi. Görünən odur ki, Elm və Təhsil Nazirliyi qanunsuzluq faktların araşdırılmasında maraqlı olmamışdır.
Buna görə də mən Ombudsman Aparatına dəfələrlə müraciət etdim. Lakin Ombudsman Aparatı sadəcə mənim yazdıqlarımı Elm və Təhsil Nazirliyinə, onların cavablarını da mənə göndərməklə kifayətlənmiş, sonuncu dəfə isə mənim işimlə heç bir əlaqəsi olmayan bir cavab məktubu göndərərək məni gah vəzifə öhdəliklərimi pozmaqda, gah şifahi xəbərdarlıq almaqda ittiham etmiş, gah məzuniyyətdə olduğumu, yəni hələ işdən çıxarılmadığımı qeyd etmiş, gah da işə qayıdan kimi məktəb rəhbərliyi tərəfdən məsələmə baxılacağını bildirmişdilər. Bununla da guya pozulmuş insan haqlarımın müdafiə olunması ilə məşğul olmaları barədə görüntü yaratmışdılar.
Bu fakt Ombudsman Aparatından mənə daxil olmuş 2-5/2-21634/2024 nömrəli, 20.08.2024-cü il tarixli məktubla bir daha təsdiq edilir. Belə ki, Ombudsman Aparatından mənə daxil olmuş 2-5/2-21634/2024 nömrəli, 20.08.2024-cü il tarixli məktubdan aydın olurdu ki, Aparat sadəcə məni yola verirmiş. 4 abzasdan ibarət olmuş həmin məktubun heç bir abzası mənə aid deyildi. Belə ki, bir abzası başqa bir şikayətçiyə aid idi, 2-ci abzası digər bir şikayətçiyə aid idi, 3-cü abzası isə tamamilə 3-cü bir şikayətçiyə aid idi. Necə deyərlər: həftə-becər. Yəni həmin cavab məktubunda məndən və mənim şikayətimdən heç bir əsər-əlamət yox idi. Belə ki, Ombudsman Aparatı 2-5/2-21634/2024 nömrəli, 20.08.2024-cü il tarixli cavab məktubunda yazıb ki, guya mənim çalışdığım məktəb 22 nömrəli tam orta məktəbdir və guya mənim şikayətimə görə həmin məktəbin rəhbərliyi ilə əlaqə saxlanılmış və guya onlara müvafiq tapşırıqlar verilmişdir. Halbuki mən Binəqədi rayonunda E.Həmidov adına 267 nömrəli məktəb-liseydə işləmişdim və işdən qanunsuz formada çıxarılmışdım. 22 nömrəli məktəbdə isə heç vaxt işləmişəm.
Bundan başqa, mən işdən çıxarıldığım halda, Ombudsman Aparatı yazıb ki, guya mən əmək məzuniyyətindəyəm və məzuniyyətdən qayıdıb işə çıxandan sonra mənim məsələmə 22 nömrəli məktəbin rəhbərliyi və məktəbin Həmkar ittifaqı təşkilatı birlikdə baxacaqlar. Görəsən, 22 nömrəli məktəbin rəhbərliyi Ombudsman Aparatına bildirmədimi ki, Afaq Əlicanlı adında şəxs 22 nömrəli məktəbdə çalışmayıb? Belə olan halda Ombudsman Aparatı hansı məktəb rəhbərliyinə barəmdə tapşırıqlar vermişdir? Araşdırmalarım zamanı 22 nömrəli məktəbdən mənə bildirdilər ki, mənim barəmdə onlara Ombudsman Aparatından heç bir müraciət daxil olmamışdır.
Ombudsman Aparatının yazdığına görə, guya mən əmək fəaliyyətim zamanı kobud nöqsanlara yol vermişəm və vəzifə öhdəliklərimi guya dəfələrlə pozmuşam. Daha sonra yazıb ki, guya mənə məktəb rəhbərliyi və Bakı şəhər təhsil idarəsi şifahi xəbərdarlıq etmişdir.
Hörmətli redaksiya, işlədiyim 30 il ərzində heç vaxt nə yazılı, nə də şifahi xəbərdalıq almadığım halda Ombudsman Aparatı məni etmədiyim işlərdə ittiham edir və hüquqlarımı müdafiə etmək əvəzinə, məni daha da pisləyir və bütün günahı mənim üzərimə atır.
Bu biabırçı məktubdan sonra Ombudsman Aparatına 13 dekabr 2024-cü ildə yazılı müraciət edərək dəhşətə gəldiyimi onlara bildirdim (qeyd: sonuncu müraciətimin mətni əlavə olunur). Onlar isə mənimlə əlaqə saxlayaraq söz verdilər ki, bundan sonra şikayətimlə ciddi məşğul olacaqlar. Amma bu günə qədər Ombudsman Aparatından bir xəbər çıxmamışdır. Ombudsman Aparatı susmağa üstünlük vermiş və bu susqunluqla Elm və Təhsil nazirliyi qarısında əlacsız, qanunsuzluqların araşdırılmasında isə gücsüz olduqlarını bəyan etmiş oldular.
Əslində, Ombudsman Aparatı Ombudsman haqqında Konsttusiya Qanunun 13.2.1, 13.2.4, 13.2.5, 13.2.7-ci maddələrində təsbit edilmiş səlahiyyətlərindən istifadə etməli və şikayətçinin pozulmuş hüquqlarının bərpa edilməsi üçün bu maddələrdəki səlahiyyətlərinə uyğun addımlar atmalı idilər. Təəssüf ki, Ombudsman Aparatı sadəcə şikayətləri aidiyyatı üzrə ora-bura göndərib aldıqları şablon və məntiqsiz cavabları vətəndaşa göndərməklə işlərini bitmiş hesab edirlər.
Redaksiyadan:
Məsələ ilə bağlı Ombudsman Aparatının mövqeyini işıqlandırmağa hazırıq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Aprel 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see340

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see272

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see241

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see229

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see201

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see192

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see191

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see186

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see186

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see184

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see183

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see181

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see173

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see168

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see168

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see167

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see166

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see159

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see158

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri