Ömer Çelikdən CHP yə: “Bütün çirkin sözlərini özlərinə qaytarırıq”
Icma.az bildirir, Sherg.az portalına istinadən.
AK Parti Genel Başkan yardımcısı və partiyanın sözçüsü Ömer Çelik, CHP-li rəhbərlərin Prezident Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi sözlərə etiraz edərək, “Çirkin sözlərini sahiblərinə qaytarırıq,” deyib.
Sherg.az xəbər verir ki, Ömer Çelik sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, “Bəzi CHP rəhbərlərinin Prezidentimizə qarşı işlətdiyi çirkin və əxlaqdan uzaq ifadələri qətiyyətlə pisləyir və sahibinə qaytarırıq.”
Çelik paylaşımında əlavə edib:
“Bütün siyasi gücümüzlə Prezidentimizə qarşı hörmətsiz dil uzadanların qarşısında duracağımızdan və onlara yerini göstərəcəyimizdən heç kim şübhə etməsin.
Siyasi həyatımızı aqressiya ilə ləkələmək istəyənlərə yol verməyəcəyik. Onlar ən sərt və güzəştsiz siyasi mübarizəmizi qarşılarında görəcəklər.”
Çelik daha sonra belə deyib:
“Bu CHP rəhbərləri işlətdikləri çirkin ifadələrlə sadəcə özlərinə sifət qazandırırlar. Əgər mütləq bu ifadələri işlətmək istəyirlərsə, CHP-lilərin CHP-liləri ifşa etməsi ilə üzə çıxan bu çirkli düzənə qarşı işlədilsinlər.”
Baxış sayı:134
Bu xəbər 06 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















