Ömər Çelikdən Yunanıstan MN in paylaşımına sərt reaksiya: Lənətləyirik
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Yunanıstan Hərbi Hava Qüvvələrinin Gürcüstanda C-130 hərbi təyyarədə şəhid oan hərbçilərimizlə bağlı ilk paylaşımını şiddətlə lənətləyirik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Ərdoğanın lideri AK Partiyasının sözçüsü Ömər Çelik deyib.
O, Yunanıstan Hərbi Hava Qüvvələrinin qəzadan dərhal sonra başsağlığı evrmək əvəzinə, C-130 təyyarələrinin fotolarını paylaşmasını qəbuledilməz və bütün humanitar, o cümlədən dəyərlərdən məhrum olan çirkin bir mesaj sayıb: "Yunanıstan Hərbi Hava Qüvvələrinin şəhidlərimizə qarşı bütün humanitar və hərbi dəyərlərdən məhrum olan çirkin bir mesaj göndərərək C130 yük təyyarəsinin fotosunu paylaşmasını şiddətlə qınayırıq. Bu mesajın sonradan silinməsi və şəhidlərimiz üçün başsağlığı mesajı ilə əvəz edilməsi doğru yanaşma idi. Zəlzələlər və fəlakətlər zamanı bir-birimizə kömək edirik və kədərimizi bölüşürük. O baxımdan ikinci mesaj doğru hərəkətdir".
Çelik daha sonra ilk mesajla bağlı qonşu ölkədən gözləntilərinin olduğunu bəyan edib: "Bu çirkin mesajı dərc edənlərə qarşı lazımi tədbirlərin görülməsini gözləyirik".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Noyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















