Icma.az
close
up
RU
“Omikron”u kölgədə qoyan ştamm...

“Omikron”u kölgədə qoyan ştamm...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COVID yenidən güc toplayır?

Pandemiyanın artıq geridə qaldığına dair cəmiyyətdə formalaşan ümumi nikbin ovqata baxmayaraq, mütəxəssislər xəbərdarlıq edir ki, koronavirus hələ tamamilə yoxa çıxmayıb. Virusun yeni ştammlarının ortaya çıxması onun davamlı təkamül prosesinin bariz nümunəsi kimi diqqət mərkəzində qalmaqdadır. Bu isə həm səhiyyə sistemləri, həm də ictimai davranış baxımından ehtiyatlı yanaşmanın hələ də aktual olduğunu göstərir.

Mütəxəssislər qeyd edirlər ki, virusların təbiəti etibarilə mutasiyaya uğraması qaçılmazdır. Xüsusilə, geniş yayılmış patogenlərdə bu proses daha intensiv şəkildə baş verir. Buna görə də yeni ştammların meydana çıxması fövqəladə haldan çox, epidemioloji baxımdan gözlənilən bir inkişaf kimi qiymətləndirilməlidir. Lakin bu, eyni zamanda monitorinq və peyvənd strategiyalarının daim yenilənməsini zəruri edir.

Yeni ştamm - “Cırcırama”

Son günlər yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi ilə bağlı iddialar ciddi narahatlıq doğurmaqdadır.

Ağciyər xəstəlikləri üzrə tanınmış mütəxəssis, türkiyəli professor Şevket Özkaya bu yeni mutasiya ilə bağlı diqqətçəkən açıqlama verərək bildirib ki, qeyri-rəsmi olaraq “cırcırama” adlandırılan BA.3.2 variantı artıq ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variantın əsas fərqləndirici xüsusiyyəti çoxsaylı mutasiyalara malik olmasıdır ki, bu da virusun insan orqanizminin müdafiə mexanizmlərini daha asan keçməsinə şərait yaradır.

Uşaqlar üçün təhlükə...

Mütəxəssislər bu variantın xüsusiyyətlərini və yayılmasını araşdırmağa davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, uşaqlar xüsusilə risk altında ola bilərlər. Baxmayaraq ki, BA.3.2-nin digər ştamplardan daha təhlükəli olduğuna dair hələlik heç bir dəlil yoxdur. Simptomlar tanış olaraq qalır: qızdırma, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, əzələ ağrıları, halsızlıq, nəfəs darlığı və ishal.

BA.3.2-nin genetik xüsusiyyətləri əvvəlki ştamplardan, o cümlədən “Omikron”dan fərqlənir. Bu da onu daha yoluxucu hala gətirə bilər. Köhnə peyvəndlərin effektivliyi azala bilsə də, mütəxəssislər peyvəndlərin və gigiyenanın gözlənilməsini etibarlı qorunma üsulu olaraq qaldığını qeyd edirlər...

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi-nin açıqladığı məlumatlara görə, BA.3.2 variantı artıq ən azı 25 ştatda qeydə alınıb. Bu isə virusun yalnız lokal deyil, daha geniş coğrafiyada yayılmağa başladığını göstərir və mümkün yeni epidemioloji dalğanın ilkin mərhələsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, Avropanın bəzi ölkələrində də bu variantın aşkarlanmasına dair ilkin məlumatların yayılması qlobal səviyyədə yenidən koordinasiyalı tədbirlərin gündəmə gələ biləcəyini göstərir.

Hazırda BA.3.2 variantının klinik gedişata təsiri, ölüm göstəricilərinə mümkün təsiri və mövcud vaksinlərin bu varianta qarşı effektivliyi ilə bağlı yekun elmi nəticələr hələ tam şəkildə açıqlanmayıb.

“Omikron”a nisbətən daha sürətli yayılır

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən infeksionist-həkim Vüqar Cavadzadənin sözlərinə görə, COVID-19 pandemiyasından sonra virusun müxtəlif mutasiyalara uğrayaraq yeni variantlar yaratması alimlərin diqqət mərkəzində qalır. O, qeyd edib ki, bu variantlardan biri kimi qeyd olunan BA.3.2 alt variantı da yoluxuculuq səviyyəsi, simptomların xarakteri və mövcud peyvəndlərin təsir gücü baxımından araşdırılmaqdadır: “BA.3.2 variantı haqqında ilkin məlumatlara görə, onun əvvəlki “Omikron” ştammlarına nisbətən daha sürətli yayılma qabiliyyətinə malik ola biləcəyi ehtimal edilir. Lakin bu xüsusiyyətin konkret populyasiyalar və coğrafi bölgələr üzrə necə dəyişdiyi hələ də genişmiqyaslı tədqiqatların nəticələrindən asılıdır. Alimlər bu sahədə ehtiyatlı yanaşma nümayiş etdirirlər”.

Bu şəxslər risk altındadır...

İnfeksionistin sözlərinə görə, müşahidələr göstərir ki, BA.3.2 ilə yoluxan şəxslərdə əksər hallarda yüngül və ya orta ağır simptomlar - boğaz ağrısı, qızdırma, yorğunluq, burun axıntısı, bəzən qoxuda və dad hissində zəifləmə kimi əlamətlər müşahidə oluna bilər. Lakin immun sistemi zəif olan insanlarda və yaşlılarda xəstəliyin daha ağır keçmə riski hələ də qalmaqdadır”.

Laqeydlik olduğu təqdirdə...

V.Cavadzadə qeyd edib ki, virusun hər yeni variantı kimi BA.3.2 də mövcud peyvəndlər effektivliyi tamamilə aradan qaldırmasa da, müəyyən dərəcədə təsirini azalda bilər. Buna görə də gücləndirici doza vaksinlərin tətbiqi infeksiyaya qarşı qorunmada mühüm rol oynamaqda davam edir: “Maska istifadəsi, sosial məsafənin qorunması və gigiyena qaydalarına riayət olunması kimi profilaktik tədbirlər yeni variantların yayılmasının qarşısını almaqda hələ də effektiv üsullar hesab olunur. Bu tədbirlərə laqeyd yanaşılması virusun daha geniş yayılmasına səbəb ola bilər.

Nəticə etibarilə, BA.3.2 variantı ilə bağlı məlumatlar hələ tam formalaşmamış olsa da, mövcud elmi yanaşmalar göstərir ki, diqqətli monitorinq, peyvəndlənmə və fərdi qoruyucu tədbirlər pandemiyanın idarə olunmasında əsas vasitələr olaraq qalır. Gələcəkdə virusun davranışı ilə bağlı daha dəqiq nəticələr yalnız davam edən araşdırmalar sayəsində əldə edilə bilər”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri