Icma.az
close
up
RU
Ömrü boyu ətə dilini vurmayan Afrika şiri: Körpə nin hekayəsi (FOTO)

Ömrü boyu ətə dilini vurmayan Afrika şiri: Körpə nin hekayəsi (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

XX əsrin ortalarında Amerikada doğulub böyüdülən bir Afrika şir dişisi bütün həyatını – doqquz ilini – heç vaxt ət yemədən yaşadı. Onun sahibi Corc və Marqaret Vestbau idi. 

Qaynarinfo xəbər verir ki, alimlərin "yırtıcı heyvanlar ətsiz yaşaya bilməz” sözlərindən narahat olan cütlük, öz qeyri-adi ev heyvanlarını – "Körpə” ləqəbli şir dişisini ət yeməyə öyrətmək üçün əlindən gələni etdi.

Hətta ət qarışığı hazırlayıb sevdirmək üçün pul mükafatı da təklif etdilər. Nyu York zooparkının kuratoru Vestbaulara "Körpə”ni ətə öyrətmək üçün südünə bir neçə damcı qan qatmağı məsləhət gördü. Amma şir balası, hətta bir damcı qan əlavə olunanda belə, butulkaya yaxın durmadı.

Cütlüyün 40 hektarlıq "Hayden Valley” rançosuna gələn çoxsaylı qonaqların verdiyi məsləhətlər də nəticə vermədi. Bununla belə, Körpə böyüyür, inkişaf edir və özünü çox yaxşı hiss edirdi. Təxminən 4 yaşında 160 kilo çəkiyə çatdı.

Onu müxtəlif üyüdülmüş və qaynadılmış dənli qarışıqlar, süd və yumurta ilə qidalandırırdılar. Şir təkcə sağ qalmaqla kifayətlənmir, həm də özünü əla hiss edirdi. ABŞ zooparklarından birinin kuratoru demişdi: "Bu dişi şir gördüyüm bütün növlərdən daha sağlam görünürdü”.

Vestbaular yalnız "Körpə”yə deyil, digər heyvanlara da qayğı göstərirdilər. Onların rançosunda şirin quzu, inək, qoyun və hətta tovuzquşları ilə dinc yanaşı yaşaması insanlarda heyrət doğururdu.

Ranço haqqında reportajlar televiziyalarda yayımlandıqdan, qəzetlərdə fotolar çıxdıqdan sonra çoxlu turist axını başladı. Qonaqlardan biri yazırdı:

"Gözlərimin qarşısında bir şir və quzu yanaşı dayanmışdı – bu məni xoşbəxt etdi”.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Avqust 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri