Icma.az
close
up
RU
Ömrü dastana dönmüş Şəhidimiz

Ömrü dastana dönmüş Şəhidimiz

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın son 30 ildə torpaqları şəhid qanı ilə suvarılıb. Şəhid qanı ilə suvarılan torpaq ən müqəddəs torpaqdır. Cadar-cadar olmuş torpaqlara nəfəs, can gəlir. Bu torpağa nə qədər şəhid qanı tökülüb. Yaşından asılı olmayaraq, bu torpaq uğurunda şəhid olub və ayaq qoyduğumuz hər qarışın müqəddəsliyini dərk etməliyik. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhəbərliyi ilə Azərbaycan odusunun rəşadətli qələbəsi şəhidlərimizin qanını yerdə qoymadı. Qisas qiyamətə qalmadı. Əlbəttə ki, canını vətən torpağının işğaldan azad olunması yolunda sipər edən vətən oğulları böyük igidlik, şücaət göstərərək, düşmənə qalib ölkənin ölümün gözünə dik baxan oğullarının vətənpərvərliyini göstərə bildilər. Hər bir insan üçün ən ali bir hissdir Vətən sevgisi, torpaq məhəbbəti. Vətənsiz millət, millətsiz isə Vətən ola bilməz. Bəli, Azərbaycanın bu torpağa, Vətənə "Ana" - deyən övlvadları var. Elə 44 günlük Vətən müharibəsində şəhid olan minlərlə oğullarımız kimi. Adları dillərimizdə dastan olan igidlərimiz – şəhadətə qovuşan şəhid oğullar. Hər birinin həyatı bir hekayədir, dastandır. Qəhrəmanlıq dastanı.

Dumanlı dağların başında durdum

Dumandan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan öz gözəl yurdum

Dumanlar başında duman göründü

Duman göründü...

Bu misralar səsləndikcə uzaq bir dünyaya boylanırsan. Sanki qeybdən gələn bir səsin sehrinə düşüb, vətən sevgisində yoğrulmuş bir dünya ilə baş-başa qalırsan - Xudayar dünyası ilə. 22 illik ömrünə beş il əvvəl ilin bu günü vida deyərək, şəhid olan vətən oğlu. Şücaəti ilə adı əfsanələşdi. Belə bir Azərbaycanın qəhrəman oğlu bir neçə gün ərizində xalqının sevilən bir qəhrəmanına çevrildi. Hər kəsə nəsib olmayan şəhidlik zirvəsinə yüksəldi. "Vətən arzusuyla nəğmələr qoşdum, Tufanlar qarşımda dastana döndü", - deyə oxuyan Xudayarın od- alov, atəş içində ömrü dastana çevrildi. Şəhidliyi ömür payı olan Xudayarın döyüş yolu, göstərdiyi şücaət bu gün hər bir gəncə örnəkdir.

VƏTƏN ƏMANƏTİ, YURD ƏMANƏTİ

Bu gün onun ömür yolunu vərəqləyirik: Xudayar Müslüm oğlu Yusifzadə. 15 iyul 1998-ci ildə Bərdə şəhərində dünyaya gəlib. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası - Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaş və bir bacı. Tale elə gətirib ki. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib. Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə rayon Hərbi Komissarlığına müraciət edib. Gözünü dünyaya açan zaman məkan olaraq ilk gördüyü Vətən torpağı olan Xudayar məqam yetişən kimi onun yolunda ölümə belə hazır olduğunu könüllü olaraq ordu sıralarına yazılmaqla göstərdi. Vətən babalarımızdan, əcdadlarımızdan bizə qalan yurd yerimizdir. Əsgər isə Vətən əmanəti, yurd əmanətidir.

YOLU GƏLƏCƏK NƏSİLLƏRƏ MƏKTƏB

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edir, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunub. Belə ki, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ölkəmizin hər bir yerində Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidimizin xatirəsi uca tutulur. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb. Bu gün Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Xudayarın büstü qoyulub. İndi bu məktəbə gələn hər bir insan onun böyük bir məslək yolunda şəhid olduğunu biləcək və keçdiyi həyat yolu gələcək nəsil tərəfindən zaman-zaman öyrəniləcəkdir.

İNSANÇÜN LALƏZAR VƏTƏN YAXŞIDIR

Qısa bir ömür yolunda ən ali zirvəyə yüksəldi. Şəhidlik zirvəsində xalqımız tərəfindən tanındı və sevildi. "Xudayar təsnifi" ilə fenomenə çevrildi. Sanki bu mahnıya yeni ömür caladı – şəhid Xudayar ömrü. Özü kimi mahnı da əfsanəviləşdi. Ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılmış mahnını ifa etdi və ona yeni bir nəfəs verdi. Elə bir nəfəs ki, hər bir zaman dilləndikcə ruhları oyadacaqdır. Sanki mahnı yenidən yazıldı və mahnının sözləri böyük bir sevgisi ilə Vətən aşiqinin dili ilə yoğruldu. Hərdən insan təəccüblənir ki, illərlə ifa olunan bu təsnifin nəyə görə məzmununa bu qədər dərindən varmırdı. Səs, ifa, görkəm və ən sonda vətənə bağlı ömrün şəhadəti "Xudayar təsnifi"ni bizlərin qəlbində əbədiləşdirdi. Mahnı oxunanda insan ruhu başqa bir dünyaya qovuşur. Mahnıya "Xudayar təsnifi"nin verilməsi vətənin şəhid oğluna olan diqqət idi. Ona olan böyük sevgi idi. Xudayar adının bir musiqidə əbədiləşməsi idi. Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni oranjemanda təqdim olundu. Əlbəttə ki, bir musiqidə deyil, bütöv bir xalqın qəlbində yuva qurdu Xudayar.

Deyirlər bülbülə çəmən yaxşıdır

İnsançün laləzar vətən yaxşıdır.

Vahid, sorma vətən nədən yaxşıdır?

Adı gəlcək könlüm xəndan göründü

Xəndan göründü...

Bəli, bu gün minlərlə şəhidimiz kimi Xudayarın da ruhu şaddır, xəndandır. İşğaldan azad olunan torpaqlarımızda tökdükləri qan ilə işğalda olan torpaqlarımızı azad etdilər. Bu gün qan ilə suvarılmış torpağımızda yeni fidanlar böyüyəcək. Torpağı sevəcək və Xudayar kimi oğulların davamçıları olacaqlar. Xudayar bir evin, bir obanın deyil, Azərbaycan övladıdır. Bu gün ölümündən beş il ötür. Ruhun şad olsun, Xudayar. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri