Icma.az
close
up
RU
Ömrü qısa, rolları az olsa da, adını kinomuzun tarixinə yazdıra aktyor ANIM

Ömrü qısa, rolları az olsa da, adını kinomuzun tarixinə yazdıra aktyor ANIM

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Əhməd haradadır?", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə", "O qızı tapın", "Nəsimi" kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az olsa da, adını kinomuzun tarixinə yazdıra bilib.

Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr- xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları "Kaspi" qəzetinə danışdılar.

Bunu çoxu bilmir...

"Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi", - deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: "Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir..."

"Nə vaxta qədər qonaq evində yaşayacağam?"

Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: "Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra "Soyuzsirk"də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər".

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu "Əhməd haradadır?" filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film "Burjua-meşşan elementləri ilə zəngin" ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi", - deyir.

Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafata layiq görülür. "Mənim onda 17-18 yaşım vardı", - deyə Ə.Həsənov xatırlayır: "Adil müəllim dedi ki, siz bir evdə yaşayacaqsınız. Gərək sizin bir-birinizə qarşı səmimiyyətinizi tamaşaçılara çatdıraq. Biz bütün günü bir yerdə olurduq. Axşamlar da sirkdə onun tamaşalarına gedirdim. Kinoya çəkildiyim müddətdə onunla, ailəsi ilə çox yaxın oldum. Həyat yoldaşı rus idi. Bir qızları vardı. Mən Səyavuşun insanlığının, səmimiyyətinin şahidi oldum. Bu münasibət mənə çox şey öyrətdi. Xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. "Uşaqlığın son gecəsi" filmi çox məşhurlaşdı. O filmi demək olar ki, 40 dan çox ölkə alıb. Səyavuş o filmdən sonra "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaratdı". Ə.Həsənov danışır ki, S.Şəfiyev sirkin bədii rəhbəri işləsə də, Bakıda mənzili olmayıb, qonaq evində qalırmış: "Bakıya gələndən sonra sirkin yaxınlığındakı "Sirk" qonaq evində yaşayırdı. O vaxt tanınmış incəsənət adamlarını mənzillə təmin edirdilər. Səyavuş 5 il qonaq evində qaldı. Sonra "Nə vaxta qədər qonaq evində yaşayacağam? Dostum-tanışım var. Evimə qonaq dəvət edə bilmirəm", - deyə inciyib Moskvaya köçdü. O, Moskvada məşhur "Səhnədə sirk" Birliyində quruluşçu rejissor kimi işləməyə başladı. Çox gözəl insan idi. Mən hərbi xidmətdən sonra 5-6 il Moskvada yaşadım. Orada tez-tez görüşürdük. Yaxşı ki, kino həyatımda belə bir insanla tanış olmuşam".

"Qəfil eşitdik ki, rəhmətə gedib..."

"Bizim sirkdə işləməyə başlayandan sonra Ədil İsgəndərovun xoşuna gəlmişdi və onu "Əhməd haradadır?" filminə dəvət etmişdi" - deyə kinorejissor Əbdül Mahmudov xatırlayır: "Mən onunla yalnız bir filmdə, "Əhməd haradadır" filmində epizodda çəkildim. Amma kinostudiyanın dəhlizlərində tez-tez rastlaşır və görüşürdük. Mən onu "Doğma sahillərdə" filmində polkovnik roluna çəkmək istəyirdim, gözaltı etmişdim. O filmdə vuruş səhnələri vardı. O da idmançı idi. Həmin rola uyğun olduğu üçün onu gözaltı etmişdim. Amma onu axtardım, dedilər ki, rəhmətə gedib. Siyavuş Azərbaycanın ilk sirk ustalarından biri idi. Dağlarda, qayalarda gəzirdi. Çox səmimi və vətənpərvər insan idi. Azərbaycanda bir neçə filmə çəkildi və köçüb getdi, Rusiyada işlədi. Qəfil eşitdik ki, cavan yaşda rəhmətə gedib. Doğrudur, az rollar ifa etdi, ancaq maraqlı obrazlara öz möhürünü elə vurdu ki, kino tarixinə adını əbədi olaraq həkk etməyi bacardı".

"Niyə ağlayırsan, ağlama..."

Xalq artisti Xalidə Quliyeva Səyavuş Şəfiyevlə "Nəsimi" filminin çəkiliş meydanında tanış olub: "Onda mənim 20 yaşım vardı. Dünyanı dərk edən vaxtım deyildi, baxırdım, öyrənirdim. Filmin kütləvi atçapma səhnələri Qobustanda çəkilirdi. Mən də o kütləvi səhnələrdə at çapmalı idim. İlk dəfə idi ata minirdim, bacarmadım. Çox pis odum və gəlib avtobusda oturub ağladım. Birdən Səyavuş avtobusa gəldi. Mən üzümü ondan gizlətdim. "Niyə ağlayırsan, ağlama. Onsuz kütləvi səhnələrdə dublyorlar çəkilirlər. Sənin böyük işlərin qabaqdadır", - deyə mənə təsəlli verdi. Səyavuş çox sakit, mədəni, başqasının dərdinə yanan adam idi. Çox intizamlı idi. Mən çəkilişlər zamanı onu belə tanıdım..."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri