Ömüralıyev: TDT çərçivəsində investisiya sazişi üzrə danışıqlar başlayıb
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xidmət və investisiyaların təşviqinə dair sazişlə bağlı danışıqlara başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev təşkilata üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
"Biz artıq xidmət və investisiyaların təşviqinə dair mühüm sazişlə bağlı danışıqlara başlamışıq. Bu saziş deklarativ yox, iddialı və praktik olmalıdır. Bu təşəbbüs Qazaxıstan tərəfindən irəli sürülüb", - o bildirib.
Baş katib qeyd edib ki, o, TDT-nin üzvü olan bəzi dövlətlərin Avrasiya İqtisadi İttifaqının üzvü olması faktına hörmətlə yanaşır, lakin bu, Türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə mane olmamalıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 02 Aprel 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















