Icma.az
close
up
RU
Ömürlük cəza alan ermənilərin qanlı keçmişi TARİX

Ömürlük cəza alan ermənilərin qanlı keçmişi TARİX

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı silahlı və siyasi fəaliyyətlərdə iştirak etmiş, Ermənistanın dəstəyi ilə Qarabağda yaradılmış separatçı rejimin rəhbər və əsas fiqurları barəsində aparılan istintaq və məhkəmə prosesləri nəticəsində bir sıra şəxslər ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu şəxslər müxtəlif illərdə qondarma qurumun siyasi, hərbi və ideoloji idarəetməsində təmsil olunub, Qarabağ müharibələrində, terror və diversiya fəaliyyətlərində iştirak edib, Azərbaycan dövlətinə və mülki əhaliyə qarşı ağır cinayətlər törətməkdə ittiham ediliblər.

Məhkəmə prosesi nəticəsində ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən erməni separatçılarının dosyesini təqdim edirik.


Arayik Harutyunyan Ermənistanın dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsində yaradılmış separatçı rejimin əsas simalarından biri olub.
Arayik Harutyunyan 1973-cü ildə Xankəndi şəhərində erməni ailəsində doğulub. O, 1990-cı ildə Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirib və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub. Daha sonra təhsilini Qarabağda davam etdirən Arayik Harutyunyan 1994-1995-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun (sonradan “Artsax Dövlət Universiteti” adlandırılan) iqtisadiyyat fakültəsində oxuyub, 1996-1998-ci illərdə isə həmin ali məktəbin iqtisadiyyat ixtisası üzrə aspiranturasında təhsil alıb. O, 2013-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi əldə edib.
Arayik Harutyunyan 1992-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın qanunsuz silahlı dəstələrinə qoşularaq Qarabağ müharibəsində separatçı kimi iştirak edib. Müharibədən sonra separatçı rejimin müxtəlif strukturlarında fəaliyyət göstərən Harutyunyan 1995-1997-ci illərdə qondarma qurumun “iqtisadiyyat və maliyyə nazirinin köməkçisi” olub. Ardınca o, 1997-1999-cu illərdə “Armaqrobank”ın Əsgəran filialına, 1999-2004-cü illərdə isə bankın Xankəndi filialına rəhbərlik edib.
Məlumata görə, Arayik Harutyunyanın siyasi fəaliyyəti 2005-ci ildən etibarən daha da fəallaşıb. O, 2005-2007-ci illərdə qondarma rejimin “parlamentinin deputatı”, eyni zamanda “Azat Ayenik” (“Azad Vətən”) partiyasının sədri və “Vətən” fraksiyasının rəhbəri olub. 14 sentyabr 2007-ci ildə qondarma rejimin başçısı Bako Saakyanın təqdimatı ilə “parlament” tərəfindən “baş nazir” seçilib. 2009-cu ildə yenidən “Azat Ayenik” partiyasının sədri seçilən Harutyunyanın rəhbərlik etdiyi siyasi qüvvə 2010-cu ildə keçirilən qondarma “parlament seçkiləri”ndə 33 yerdən 14-nü qazanaraq birinci olub.
2012-ci ilin sentyabrında Bako Saakyanın təqdimatı ilə Arayik Harutyunyan yenidən qondarma rejimin “baş naziri” təyin edilib. Daha sonra o, 25 sentyabr 2017-ci ildən 6 iyun 2018-ci ilədək separatçı qurumda “dövlət naziri” vəzifəsini icra edib. 31 mart 2020-ci ildə isə qondarma qurumun "prezident seçkiləri"ndən sonra separatçı rejimin rəhbərliyinə gətirilib.

David Babayan 1973-cü ildə Xankəndi şəhərində anadan olub. O, 1989-cu ildə Xankəndi şəhər 8 saylı rus orta məktəbini bitirib və elə həmin il İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olub. Babayan 1994-cü ildə həmin ali məktəbi bitirib. Daha sonra təhsilini davam etdirən David Babayan 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini, 1998-ci ildə isə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. O, 2013-cü ildə dosent elmi adına layiq görülüb. 2018-ci ildə isə yenidən Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnib.
Məlumata görə, David Babayan müxtəlif illərdə Xankəndi Pedaqoji İnstitutu və Gorus Dövlət Universitetində geosiyasət, politologiya və hökumətşünaslıq fənlərini tədris edib. O, 300-ə yaxın nəşrin, o cümlədən Ermənistan, Rusiya, ABŞ və Avropanın bir sıra elmi jurnallarında dərc olunmuş onlarla məqalənin müəllifidir və 8 monoqrafiya yazıb. Babayan eyni zamanda qondarma rejimin "Yazıçılar Birliyi"nin üzvü olub.
Onun siyasi fəaliyyəti 1998-ci ildən etibarən başlayıb. David Babayan 1998-1999-cu illərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Xarici İşlər Nazirliyi”nin Siyasi İdarəsində ikinci katib vəzifəsində çalışıb. 2000-2001-ci illərdə beynəlxalq hüquq baxımından tanınmayan qurumun “Xin Siyasi İdarəsinin Siyasi proqramlaşdırma şöbəsinin müdir"i olub. 2001-ci ilin may-dekabr aylarında isə həmin idarənin rəisi vəzifəsini icra edib.
2001–2005-ci illərdə Babayan qondarma rejimin “prezidenti” yanında Planlaşdırma Qrupunun əməkdaşı kimi fəaliyyət göstərib. Ardınca o, 2005–2007-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikası prezidenti”nin köməkçisi olub. 2007-ci ildə isə "Prezident Administrasiyasının Baş İnformasiya şöbəsinin müdir"i təyin edilib.
2019-cu ildə “Artsax Mühafizəkarlar Partiyası”nı yaradaraq onun sədri seçilib. 2020-ci ildə qondarma rejimin prezidentinin müşaviri təyin olunan Babayan 2021-ci ildə separatçı qurumun “xarici işlər naziri” postuna gətirilib.

Levon Mnatsakanyan 1965-ci ildə Xankəndi şəhərində erməni ailəsində anadan olub. Mnatsakanyan hərbi xidmətə 1983-cü ildə Sovet Ordusuna qoşulmuş, Belorusiya Hərbi Dairəsində xidmət edib. 1989-cu ildə Karl Marks adına Politexnik İnstitutunu bitirib. Birinci Qarabağ müharibəsində iştirak edir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda ordu quruculuğunda rol oynayın, Qondarma DQR Müdafiə Ordusunda və Ermənistan Silahlı Qüvvələrində artilleriya bölmələrində xidmət edib. O, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirir. Həmin ilin sonunda Qarabağa qayıdıb müdafiə ordusu komandirinin müavini olur.

Levon Mnatsakanyan 2015-ci ildə Prezident Bako Saakyan tərəfindən müdafiə naziri təyin edilmişdir. 2018-ci ilin dekabrında vəzifəsindən azad edilib. O daha sonra "Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor"u vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin iyununda vəzifəsindən azad edilir və Qondarma "DQR polisi"nin rəisi təyin olunub.
2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edən Levon Mnatsakanyan müharibənin sonuna yaxın, Şuşa döyüşü zamanı yaxınlıqdakı Şuşakənddə yerləşdirilmiş erməni qoşunlarına komandanlıq etmişdir.

29 sentyabr 2023-cü ildə Qarabağdan Ermənistana gedərkən Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib.


David Manukyan separatçı "ordunun komandanının birinci müavini" olub. O, 2020-ci ildə general-mayor hərbi rütbəsi alıb."Hraparak" nəşrinin məlumatına görə, David Mankuyan "Ermənistan” blokundan olan deputat daşnak Qeqam Manukyanın qardaşıdır.
Davit Manukyan qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində iştirak edib.
O həçminin silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib. O, eyni zamanda həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib.


“Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan 1968-ci il dekabrın 28-də Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulub. O 1992-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Birinci Qarabağ müharibəsində iştirak edən D. İşxanyan 1992-1995-ci illərdə Xocavənddə batalyonlardan birinə komandirlik eləyib.
Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub. 1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə partiyanın Mərkəzi Komitəsinin Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür. 1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib.
2023-cü il avqustun 7-də “parlament sədr”i vəzifəsinə mandat alıb. /modern.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see169

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri